NAXÇIVANDA DƏMİRYOLÇULARIN BAYRAMI QEYD EDİLMİŞDİR
Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında da canlanma yaranmışdır. Ordubad-Vəlidağ istiqamətində yük və sərnişin qatarları, 1996-cı ilin fevral ayından isə Naxçıvan-Təbriz sərnişin qatarı hərəkətə başlamışdır.
Sərnişinlərə nümunəvi xidmət etmək məqsədi ilə Naxçıvan dəmir yolu vağzalının binasında, onun ətrafında təmir və yenidənqurma işləri aparılmışdır. İndi isə Şərur dəmir yolu vağzalında və Şahtaxtı dəmir yolu stansiyasında eyni tədbirlər görülür.
Tədbirdə çıxış edənlər dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsini onların əməyinə verilən qiymət və dəmiryolçulara göstərilən diqqət və qayğının təzahürü kimi dəyərləndirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]