Naxçıvanda ət satışı obyektlərində monitorinqlər keçirilir
Naxçıvan, 12 iyun, AZƏRTAC
Qarşıdan gələn Qurban bayramı ərəfəsində iribuynuzlu və xırdabuynuzlu heyvan ətinə tələbat artmaqdadır. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən, iyunun 10-dan etibarən muxtar respublika ərazisində təzə ət satışı ilə məşğul olan ticarət subyektlərində və bazarlarda monitorinqlərə başlanılıb.
Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, monitorinqlər təzə ətin satışı zamanı ticarət qaydalarına və qiymət intizamına əməl olunmasına nəzarət məqsədi ilə keçirilir.
Xidmət tərəfindən bu sahədə fəaliyyət göstərən sahibkarlara və satıcılara tövsiyə olunur ki, Qurban bayramı və digər günlərində ət satışı ilə məşğul olan zaman ticarət qaydalarına əməl etsinlər, keyfiyyətsiz və əsassız olaraq baha qiymətlərlə məhsul satışına yol verməsinlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:34]
Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [17:55]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:50]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub VİDEO
- 13.06.2026 [17:11]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [16:43]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:36]
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
- 13.06.2026 [16:33]