Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilib

Naxçıvan, 7 may, AZƏRTAC

Mayın 7-də Naxçıvan Dövlət Milli Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub, Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və konfrans iştirakçıları teatrın foyesində ümummilli liderimiz Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı fotoşəkillərdən ibarət sərgiyə baxıblar.

Sonra konfrans öz işinə başlayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda keçirilən konfransın iştirakçılarını salamlayaraq deyib: Dövlətçiliyin və müstəqilliyin əsas şərtlərindən biri də düşünülmüş və əsaslandırılmış diplomatiyadır. Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu xarici siyasət strategiyası da Azərbaycanın təhlükəsizliyinin və dövlətçiliyinin etibarlı təminatıdır. Ölkəmizə hər iki rəhbərliyi dövründə Ulu Öndər bu məsələni diqqətdə saxlamış, Azərbaycanın xarici əlaqələrinə və beynəlxalq münasibətlər sisteminə inteqrasiyasına nail olmuşdur. Ötən əsrin 70-80-ci illərində imperiya tərkibində olmasına baxmayaraq, Ümummilli Liderin rəhbərliyi ilə Xarici İşlər Nazirliyinin fəaliyyəti yenidən təşkil olunmuş, Azərbaycanın beynəlxalq iqtisadi, mədəni və elmi-texniki əlaqələri genişlənmiş, eyni zamanda, keçmiş SSRİ Xarici İşlər Nazirliyi sistemində işləyən azərbaycanlı diplomatların sayı artmışdır. 1990-1993-cü illərdə isə Ümummilli Lider Naxçıvan Muxtar Respublikasında müstəqil Azərbaycanın xarici siyasət kursunun əsasını qoymuşdur.

“O ölkə güclüdür ki, onun xarici siyasət kursu xalqın milli və siyasi maraqlarına xidmət edir. Əks təqdirdə, dövlətlər siyasi səhnədən silinməyə məhkumdur”, - deyən Ali Məclisin Sədri bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın düşdüyü vəziyyət bu fikri bir daha təsdiq edir. Həmin dövrdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi və düşünülməmiş siyasəti Azərbaycanı beynəlxalq münasibətlər sisteminin subyektindən uzaqlaşdıraraq özünütəcrid vəziyyətinə gətirib çıxarmışdı. Nəticədə ölkəmizdə sabitlik pozulmuş, iqtisadi tənəzzül sürətlənmiş, torpaqlarımızın 20 faizi işğal olunmuş, Naxçıvan Muxtar Respublikası isə tam blokada vəziyyətinə salınmışdı. Bir sözlə, xarici siyasətdə buraxılan səhvlər Azərbaycanın beynəlxalq aləmdə və regionda təklənməsinə səbəb olmuşdu. Bundan fərqli olaraq ulu öndər Heydər Əliyev blokada və işğal təhlükəsi qarşısında olan Naxçıvanda böyük xilaskarlıq missiyasına başlamışdı. Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsi olaraq Naxçıvanda müstəqilliyin və milli dövlətçiliyin bərpası tədbirləri daxili və xarici siyasət müstəvisində paralel şəkildə aparılmış, 70 ildən sonra üçrəngli bayrağımız ilk dəfə Naxçıvanda qaldırılmış, muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılmış, Naxçıvan SSRİ-nin saxlanması ilə bağlı keçirilən referendumda iştirak etməmiş, digər tərəfdən isə qonşu ölkələrlə münasibətlərə üstünlük verilmiş, Türkiyə və İranla xarici iqtisadi əlaqələr yaradılmışdır. “Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri də onun xarici siyasətidir”, - deyən Ulu Öndər 1992-ci il martın 24-də Türkiyə Respublikasının Prezidenti və Baş nazirinin dəvəti ilə qardaş ölkəyə rəsmi səfər etmiş, “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu”, həmin il avqustun 24-də isə İran xarici işlər nazirinin dəvəti ilə İran İslam Respublikasına səfər edərək “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası və İran İslam Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında protokol” imzalamışdır. Hər iki səfər və imzalanan sənədlər Azərbaycan-Türkiyə və Azərbaycan-İran münasibətlərinin əsasını qoymuş, Araz çayı üzərində Sədərək, Culfa, Şahtaxtı gömrük-keçid məntəqələri açılmış, enerji və ərzaq böhranının aradan qaldırılması sahəsində tədbirlər görülmüşdür. Bütün bunların nəticəsi olaraq İranın və Türkiyənin Naxçıvan Muxtar Respublikasında konsulluqları fəaliyyətə başlamışdır.

Ali Məclisin Sədri deyib: Naxçıvan Muxtar Respublikasında xarici siyasətlə bağlı qəbul edilən qərarlar sonrakı dövrdə ölkəmizin diplomatik münasibətlər sisteminin mühüm tərkib hissəsinə çevrilmişdir. Ulu Öndər 1992-ci il sentyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasındakı çıxışı zamanı bunu belə dəyərləndirirdi: “Naxçıvanın İran və Türkiyə ilə əlaqələri Azərbaycanın İran və Türkiyə ilə əlaqələrinin tərkibidir. Bunlar hamısı Azərbaycanın xarici siyasətinin hissələridir”. 1990-1993-cü illərdə Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın, Almaniyanın, Fransanın, Rusiyanın, BMT-nin və digər beynəlxalq təşkilatların səfir və xüsusi nümayəndələri dəfələrlə muxtar respublikaya səfərlər etmişlər. Ulu Öndər Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi xarici nümayəndələrlə keçirilən görüşlər zamanı Azərbaycan həqiqətlərini, ölkəmizin üzləşdiyi siyasi və iqtisadi böhranı, xüsusilə də torpaqlarımızın işğal faktını dünya ölkələrinin və beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq məsələyə ədalətli mövqe tələb etmişdir. O dövrdə Naxçıvanın dünyanın böyük dövlətlərinin və mötəbər beynəlxalq təşkilatlarının diqqət mərkəzinə çevrilməsi bir tərəfdən mövcud tarixi-siyasi şəraitlə bağlı idisə, digər əsas səbəb dünyaşöhrətli siyasi xadim Heydər Əliyev şəxsiyyətinə göstərilən ehtiramın daha bir ifadəsi idi. Həmin dövrdə Azərbaycana rəhbərlik edənlər isə Naxçıvana biganə münasibətlərini davam etdirir, işğal təhlükəsi və blokada çətinliklərinin aradan qaldırılması istiqamətində heç bir təşəbbüs göstərmir, hakimiyyətə sahiblənən xalq cəbhəsi isə yarıtmaz siyasətinə sadiq qalaraq hətta Naxçıvanın beynəlxalq müqavilələrlə təsbit olunmuş muxtariyyət statusunun ləğvi kimi absurd bəyanatlar səsləndirirdi. Bunun əksinə olaraq ulu öndər Heydər Əliyev isə 1992-ci ildə Türkiyəyə səfəri zamanı beynəlxalq Qars müqaviləsini yenidən gündəmə gətirmiş, iştirakçı dövlətləri muxtar respublikanın ərazi bütövlüyünün erməni təcavüzü nəticəsində kobud şəkildə pozulması faktına münasibət bildirməyə çağırmış, Naxçıvanın muxtariyyət statusunun və ərazisinin beynəlxalq müqavilələrlə qorunan toxunulmazlıq hüququnu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Əslində, bu addım təkcə Naxçıvanın muxtariyyət statusunun deyil, bütövlükdə ölkəmizin ərazi bütövlüyünün qorunması sahəsində həyata keçirilən tədbir kimi böyük siyasi əhəmiyyətə malikdir.

İngilis siyasətçisi və dövlət xadimi Çörçil vaxtilə deyirdi ki, “Dövlət xadiminin siyasətçidən fərqi odur ki, siyasətçi gələcək seçimləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”. 1990-1993-cü illərdə Ulu Öndərin Naxçıvanda həyata keçirdiyi tədbirlər də Azərbaycanın gələcək müstəqilliyinə hesablanmışdı. O dövrdə tətbiq olunan düzgün siyasi xətt Naxçıvanın işğalının qarşısını almış, son dərəcə ağır blokada şəraitində burada yaşayışı və inkişafı təmin etmişdirsə, ölkəyə rəhbərlik edənlərin yarıtmaz daxili və xarici siyasəti isə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu sual altında qoymuşdu. Türkiyə Respublikasının doqquzuncu prezidenti, böyük dövlət xadimi mərhum Süleyman Dəmirəl 1992-ci ildə Ulu Öndərlə görüşü zamanı Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında baş verən hadisələr barədə deyirdi: “Biz görürük ki, Naxçıvanda sabitlik var. Hörmətli Heydər Əliyev bu sabitliyi yaradandır, onun sahibidir. Naxçıvan bu sabitliyə görə Ona borcludur. Naxçıvan əhalisi hörmətli Heydər Əliyevi baş tacı etmişdir. Şəxsən mən bunu təqdirəlayiq böyük bir iş kimi qiymətləndirirəm. Ümid edirik ki, Azərbaycanda da siyasi sabitlik olacaq”.

Ali Məclisin Sədri deyib ki, Azərbaycanda siyasi sabitlik isə Ümummilli Liderin xalqın tələbi ilə ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra mümkün oldu. 1993-2003-cü illərdə ölkə həyatının başqa sahələri kimi, xarici siyasət kursu da tamamilə yenidən işlənildi. İlk növbədə, daxili sabitliyə və vətəndaş həmrəyliyinə nail olundu ki, bu da olmadan xarici siyasətdə uğur qazanmaq mümkün deyildi. Ardınca diplomatik münasibətlərdə əvvəlki hakimiyyətin yarıtmaz özünütəcrid xəttinə son qoyuldu, xarici dövlətlərlə bərabərhüquqlu və ölkəmizin mənafeyinə xidmət edən ikitərəfli əlaqələr yaradıldı, Azərbaycan dünyanın mötəbər beynəlxalq təşkilatlarına üzv seçildi. Qısa müddətdə Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrildi, “Əsrin müqaviləsi”nin imzalanması, tarixi İpək Yolunun bərpası, eləcə də digər strateji nəqliyyat-kommunikasiya layihələri ölkəmizin beynəlxalq nüfuzunu artırdı. Bir məsələ xüsusilə qeyd olunmalıdır ki, Ulu Öndər Naxçıvan Muxtar Respublikasının həmsərhəd və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla iqtisadi, ticarət, elmi-texniki və mədəni münasibətlərin genişlənməsinə daim diqqət yetirmiş, 1992-ci il fevralın 24-də qəbul etdiyi qərara əsasən Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi təsis edilmişdir. Həmçinin Onun bilavasitə tapşırığı ilə 1997-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasında Konsulluq Məntəqəsi fəaliyyətə başlamış, bir il sonra bu qurumun əsasında Konsulluq şöbəsi, 2003-cü ilin fevralında isə Konsulluq idarəsi yaradılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin 2005-ci il 31 oktyabr tarixli Fərmanına əsasən isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi təşkil olunmuşdur.

Ali Məclisin Sədri deyib: Ümummilli liderimiz Heydər Əliyev “Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ndə Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirərək deyirdi: “Azərbaycanın xarici siyasəti dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu surətdə faydalı əlaqələr qurmaq, inkişaf etdirmək, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etmək məqsədini daşıyır. Azərbaycanın sülhsevər xarici siyasəti, ilk növbədə, onun dövlət müstəqilliyinin möhkəmləndirilməsi işinə xidmət edir. Azərbaycan dövlətinin xarici siyasətinin başlıca prinsipləri beynəlxalq hüquq normaları ilə tənzimlənən dövlətlərarası münasibətlərə hörmət etməkdən, bütün dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşmaqdan, bütün mübahisəli məsələləri sülh və danışıqlar yolu ilə həll etməkdən, qarşılıqlı faydalı, iqtisadi, elmi və mədəni əməkdaşlıq yaratmaqdan, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətləri aradan qaldırmaqdan ibarətdir”. Ümummilli Liderimizin əsasını qoyduğu bu yol hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan ikitərəfli və çoxtərəfli formatda beynəlxalq və regional təşkilatlarla fəal əməkdaşlıq edir. Hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi və mədəni proseslərdə Azərbaycan öz mövqeyini bildirir və mənafelərini qoruyur. Uğurlu xarici siyasət bu gün dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini Azərbaycana yönəldib. İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfər də ölkəmizin hərbi qüdrəti ilə yanaşı, həm də ümummilli liderimiz Heydər Əliyevin böyük müdrikliklə işləyib hazırladığı və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət strategiyasının qələbəsidir. Bu qələbənin ən mühüm diplomatik nəticələrindən biri isə 30 ildən artıq blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər bölgələri ilə quru əlaqəsinin yaradılması, regionda kommunikasiyaların açılması olacaqdır.

“Ümummilli lider Heydər Əliyev məktəbinin özünəməxsusluğu ondadır ki, o dünən olduğu kimi, bu gün də, gələcəkdə də müstəqil Azərbaycanın əsas siyasi və ideoloji dayağıdır”, - deyən Ali Məclisin Sədri çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Ölkəmizi bundan sonra da inkişaf etdirmək və qüdrətli dövlətə çevirmək üçün ən başlıcası Azərbaycanda Heydər Əliyev yolu davam etdirilməlidir”, - fikirləri ilə tamamlayıb, bu yolda hər kəsə uğurlar arzulayıb, “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda keçirilən konfransa mühüm əhəmiyyət verdiyini qeyd edib, təşəbbüskarlara və iştirakçılara təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov çıxış edərək deyib ki, 1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıdan, beləliklə də müstəqil Azərbaycanın qurucusuna çevrilən Heydər Əliyev şəxsiyyəti nəinki ölkəmizdə siyasi sabitlik və təhlükəsizliyin bərqərar olmasına nail oldu, həmçinin xarici siyasət sahəsində də mühüm addımlar atdı. Azərbaycan xalqının milli maraqlarına əsaslanan xarici siyasət kursunun hazırlanması və aparılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra həmin dövrün mürəkkəbliyi və çətinliyi fonunda ölkəmizin həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi təmin olundu, o cümlədən enerji resurslarının dünya bazarlarına çıxarılması, nəqliyyat infrastrukturunun inkişafı, xüsusilə keçmiş Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı işğalçı tərəfə beynəlxalq təzyiqin gücləndirilməsi istiqamətində praqmatik və hərtərəfli xarici siyasət strategiyasının əsası qoyuldu. Sözsüz ki, ulu öndər Heydər Əliyevin xarici siyasət strategiyasının bir nömrəli prioriteti, Ulu Öndərin Milli Məclisdəki tarixi çıxışında da qeyd etdiyi kimi, “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək, inkişaf etdirmək” olmuşdur. Bu yolda dövlətimizin qarşısında duran ən böyük təhdid Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti və onun ağır nəticələri idi. Ümummilli Lider “Müstəqilliyi, suverenliyi təmin etmək üçün Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları geriyə qaytarılmalıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır, müharibə qurtarmalıdır, sülh yaranmalıdır”, - deyərək keçmiş münaqişənin həllini ən vacib məsələ kimi xarici siyasət gündəliyində müəyyən etmişdi.

Qeyd olunub ki, dünya birliyinin Azərbaycana münasibətdə mövqeyindəki təkamül özünü ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərində qabarıq şəkildə büruzə verdi. Lissabon sammitində ilk dəfə olaraq, ATƏT-in Ermənistan istisna olmaqla bütün üzv dövlətləri münaqişənin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədi. Bu, Azərbaycanın xarici siyasətinin böyük uğuru idi. Münaqişənin həlli ilə bağlı aparılan məqsədyönlü siyasət nəticəsində çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən mühüm qərar və qətnamələr qəbul edildi. Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının ali kürsüsündən, habelə 1995-ci ilin oktyabrında BMT-nin 50 illiyi münasibətilə Baş Assambleyada səsləndirdiyi çıxışlarında Azərbaycandakı mövcud siyasi-iqtisadi vəziyyət ilə yanaşı, dünya birliyinə münasibətdə Azərbaycan siyasətinin prinsiplərini bəyan edib. Azərbaycanın genişlənən, hərtərəfli beynəlxalq əlaqələrinin əsasında Ümummilli Liderin xarici siyasət konsepsiyasının durduğu şübhəsizdir. Hazırda Azərbaycanın dünyanın müxtəlif ölkələrində səfirlikləri, baş konsulluqları, o cümlədən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlikləri aktiv fəaliyyət göstərir. Belə ki, hazırda ölkəmizin dünyanın 77 ölkəsində diplomatik nümayəndəliyi, 21 konsulluqları fəaliyyət göstərir. Həmçinin Azərbaycanda 88 ölkənin və beynəlxalq təşkilatın nümayəndəlikləri, 15 xarici dövlətlərin konsulluqları akkreditə olunub. 2011-ci ilin oktyabr ayında Azərbaycan tarixində ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. BMT-yə üzv dövlətlərin 155-nin dəstəyi nəticəsində ölkəmizin BMT Təhlükəsizlik Şurasına seçilməsi Azərbaycanın dünyada qazanmış olduğu hörmət və qlobal təhlükəsizliyə töhfəsinin göstəricisi idi. Həmçinin Azərbaycan dünyada BMT-dən sonra ikinci ən böyük siyasi platforma hesab olunan Qoşulmama Hərəkatına sədrlik edir və Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik müddətinin daha bir il uzadılması barədə qərarı sözügedən Hərəkat çərçivəsində Azərbaycana göstərilən etimadın nümunəsidir.

Xarici işlər naziri bildirib ki, ulu öndər Heydər Əliyevin ən böyük arzusu işğal altında olan torpaqlarımızın işğaldan azad olunması idi. Ümummilli Lider hər zaman böyük əminliklə torpaqlarımızın azad olunacağına və xalqımızın öz yurd-yuvalarına qayıdacağını bildirirdi. Bu missiya, Ulu Öndər irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yerinə yetirildi. Bu gün üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır, Azərbaycan azad etdiyi ərazilərini qarış-qarış yenidən qurur, bərpa edir. Bütün bu uğurlarımızın əsasında bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır.

Sonra ümummilli lider Heydər Əliyevə həsr edilmiş videoçarx nümayiş olunub.

Konfrans bədii hissə ilə davam edib, Naxçıvan Dövlət Filarmoniyası tərəfindən Ulu Öndərin sevdiyi və Ulu Öndərə həsr olunmuş mahnılardan ibarət konsert proqramı təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib