Naxçıvanda məhkumlara hüquqi və psixoloji yardım göstərilib
Naxçıvan, 17 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə məhkum və həbs edilmiş şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi və maarifləndirmə tədbirləri çərçivəsində oktyabr ayının 17-də Qarışıq rejimli cəzaçəkmə müəssisəsində vəkillər tərəfindən qəbul keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qəbul zamanı ümumilikdə 20-yə yaxın azadlıqdan məhrum edilmiş şəxsə müxtəlif hüquqi məsələlərlə bağlı geniş izahatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.