Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda musiqi mədəniyyəti yüksək səviyyədədir

Naxçıvanda musiqi mədəniyyəti yüksək səviyyədədir

Naxçıvan, 17 may, AZƏRTAC

Norveçli məşhur xor dirijoru və müəllimi Per Oddvar Hildre və Azərbaycanın incəsənət xadimlərindən ibarət nümayəndə heyəti mayın 16-17-də Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Nümayəndə heyəti Naxçıvan şəhərindəki təhsil və mədəniyyət müəssisələri ilə tanış olub, norveçli dirijor xor kollektivləri üçün ustad dərsi keçib.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşları qonaqlardan bir neçəsi ilə həmsöhbət olub, onların təəssüratlarını öyrənib. Norveçli musiqiçi, əfsanəvi “Skruk” xorunun dirijoru Per Oddvar Hildre deyib: Bir çox illər əvvəl, 1997-ci ildə ilk dəfə ölkənizin paytaxtı Bakıda olarkən İlqar Muradov və Siyavuş Kərimi mənə Naxçıvana getməyi tövsiyə etdilər. Onlar mənə bu torpağın Azərbaycanın ən gözəl guşələrindən biri olduğunu deyərək, təmiz hava, təmiz su, ən əsası təmizürəkli insanları görmək üçün Naxçıvana səfər etməyi məsləhət bildilər. Mən belə bir imkanı yalnız bu il tapa bildim. Naxçıvana dəvət edildim və artıq burdayam.

“İlk olaraq havanın təmizliyi mənə çox xoş təsir bağışladı. Hava limanından enərkən gördüyümüz uca dağlar, yaşıllıq və təmiz şəhər mənə çox gözəl təəssürat bəxş etdi. Sonra biz konservatoriyaya getdik və burada gözəl mahnı oxuyan gəncləri görmək ürəyimcə oldu”, - deyən Per Oddvar Hildre qeyd edib ki, Azərbaycan yüksək musiqi mədəniyyətinə malikdir. Azərbaycanda tarixən dahi şairlər və musiqiçilər olub. Hər bir musiqi xadimi üçün bu mədəniyyətlə tanış olmaq böyük şərəfdir.

O vurğulayıb ki, böyük siyasətçi Heydər Əliyev Azərbaycanda mədəniyyətin inkişafına xüsusi diqqət göstərib. Dahi şəxsiyyət musiqi, teatr, rəsm və rəqs sənətinin böyük hamisi olub, özü də bu sənət növləri ilə maraqlanıb.

Oddvar Hildre deyib: Düşünürəm ki, dünyanın digər yerlərində yaşayanlar Azərbaycan mədəniyyətini öyrənməlidirlər. Bu, çox vacibdir. Naxçıvanda bizə göstərilən qonaqpərvərliyə görə bir daha minnətdaram. Burada özümü çox xoşbəxt və rahat hiss edirəm. Bir norveçli turist üçün bu, çox böyük hisslərdir.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Siyavuş Kərimi bildirib ki, Naxçıvanda yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait var: “Naxçıvana gəlişimizin məqsədi bu qədim diyarın gözəlliyini, onun mədəniyyətinin inkişafını, yüksəlişini yaxından görmək, gələcəkdə muxtar respublikada hər hansı bir beynəlxalq layihənin ərsəyə gəlməsini müzakirə etmək, qarşılıqlı əlaqələri inkişafına nail olmaqdır. Çünki Naxçıvan musiqi sahəsində də gözəl sənətkarlar yetişdirən bir diyardır. Bu gün bir çox naxçıvanlı sənətkar Azərbaycan mədəniyyətinin inkişafına öz töhfələrini verir. Biz bir azərbaycanlı kimi bundan böyük qürur duyuruq”.

Siyavuş Kərimi səfər çərçivəsində Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında olduqlarını, bir musiqiçi kimi oradakı xor kollektivinin ifasının ona çox gözəl təsir bağışladığını bildirərək deyib ki, həqiqətən də, Naxçıvanda uşaqların musiqi təhsili olduqca ürəkaçandır. Bu mənada zəhmətkeş müəllimlər ürəkdən alqışa layiqdirlər ki, belə istedadlı uşaqları yetişdirib səhnəyə çıxarırlar.

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin direktoru, Əməkdar İncəsənət Xadimi, professor Nazim Kazımov isə qeyd edib ki, Naxçıvanda dünyaya göz açıb, bu torpağın havası, suyu, çörəyi ilə böyüyüb.

“Ötən ilin yaz aylarında qədim diyara ekskursiya edən zaman buranın inanılmaz dərəcədə gözəlləşdiyini, müasir şəraitə malik olduğunu gördüm. Bu il də musiqiçi həmkarlarımla birlikdə Naxçıvana gəlməyi qərara aldıq”, - deyən Nazim Kazımov qeyd edib ki, səfər zamanı Naxçıvanda musiqi mədəniyyətinin, təhsilin necə böyük sürətlə inkişaf etdiyinin şahidi olublar: “Musiqi sahəsinə dərindən bələd olan biri kimi deməliyəm ki, burada 27 musiqi məktəbinin, musiqi kollecinin və konservatoriyanın, filarmoniyaların, ansamblların fəaliyyət göstərməsi, hər il yüzlərlə tələbənin musiqi təhsilini başa vuraraq ixtisaslı kadr kimi yetişməsi böyük bir zəhmətin nəticəsidir. Bu yurdun övladı kimi bütün bu gözəlliklər məni inanılmaz dərəcədə sevindirir. İnanıram ki, gələcəkdə bu diyara tez-tez üz tutacağıq”.

“Qaya” ansamblının üzvü Rauf Babayev qeyd edib ki, Naxçıvan ona çox doğma və əzizdir. O deyib: Mənim anam burada dünyaya göz açıb, uşaqlıq çağlarım Naxçıvanda keçib. Həqiqətən də, doğru deyirlər ki, uşaqlıq illərində yaşananlar hər zaman insanın yaddaşında qalır, o illərdə olanları unutmaq olmur. Yaxşı yadımdadır, həmin illərdə nənəm bizə təndir çörəyindən pendir dürməyi düzəldər, dadlı pomidorla yeyərdik. Nənəmgil Bakıya gələn zaman mənə mütləq həmin təndir çörəklərindən, dadlı Naxçıvan pendirindən gətirərdilər, indi burada olarkən nostalji duyğuları yenidən yaşadım”.

“Ötən əsrin 70-80-ci illərində bir dəfə “Qaya” ansamblının üzvü kimi Naxçıvanda olmuşam. Sonralar mən 9 uşaqdan ibarət “Bəri bax” ansamblını yaratdım, müstəqillik illərində həmin kollektivlə dünyanın bir sıra ölkələrində konsertlər verdik”, - deyən Rauf Babayev qeyd edib ki, həmin kollektivin repertuarına görkəmli bəstəkar Məmməd Məmmədovun bəstələdiyi Naxçıvanla bağlı gözəl bir mahnı da salınıb. 2000-ci ilin əvvəllərində qədim diyara üz tutan zaman da həmin ansambl o mahnını ifa edib.

Rauf Babayev deyib: “Budəfəki gəlişimdə diqqətimi çəkən ən mühüm cəhətlərdən biri də ayrı-ayrı təşkilatlarla yanaşı, insanların da təmizliyə, səliqə-sahmana xüsusi fikir vermələri oldu. Bildiyimiz ki, yaradıcı insanlar, sənətə bağlı olanlar üçün sakit yerdə öz düşüncələri ilə baş-başa qalmaq ən gözəl duyğudur. Həzin küləyin təsiri ilə yarpaqların asta-asta əsməsi, quşların cəh-cəhi, suyun şırıltısı insana sanki vücudunu titrədən lirik bir musiqi təsiri bağışlayır. Sevinirəm ki, mən Naxçıvanda o lirikliyi, rahatlığı, ruhumun dincəldiyini hiss edə bildim”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO