İDMAN
Nazir Fərid Qayıbov beynəlxalq turnirlərdə medal qazanmış Azərbaycan idmançıları ilə görüşüb
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da gənclər və idman naziri Fərid Qayıbov bu ay ərzində beynəlxalq turnirlərdə medal qazanmış Azərbaycan idmançıları ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, idmançıları salamlayan Fərid Qayıbov onları ilin ilk qalibləri olmaları münasibətilə təbrik edib, yeni qələbələr arzulayıb.
Tədbirdə stend atıcılığı, sumo və boks yarışlarında ölkəmizi uğurla təmsil etmiş idmançılar çıxış edərək qazandıqları qələbələr barədə məlumat veriblər. Həmin idman növləri üzrə yığma komandaların məşqçiləri idmançıların məşq prosesi, yarışlarda iştirakı və qarşıdakı turnirlərə hazırlığı haqda danışıblar.
Görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [18:07]
Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib
- 04.05.2024 [17:49]
Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb
- 04.05.2024 [17:48]
Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir
- 04.05.2024 [16:57]
Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb
- 04.05.2024 [16:09]
Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub
- 04.05.2024 [15:05]
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib
- 04.05.2024 [14:10]