SİYASƏT
Nazir müavini: Azərbaycanla Gürcüstan Cənubi Qafqazın güclənməsi və inkişafı üçün çalışır
![Nazir müavini: Azərbaycanla Gürcüstan Cənubi Qafqazın güclənməsi və inkişafı üçün çalışır](/files/2023/3/1200x630/17006669742784732361_1200x630.jpg)
Tbilisi, 22 noyabr, AZƏRTAC
“Azərbaycanla Gürcüstan Cənubi Qafqaz regionunun güclənməsi və inkişafı üçün çalışır. Ümid edirik ki, birgə əməkdaşlığımız sayəsində regionda sülhün və sabitliyin qorunub saxlanmasına nail olacağıq”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan müdafiə nazirinin müavini Giorgi Xaindrava söyləyib. Nazir müavini deyib: “Azərbaycanla Gürcüstan dost və tərəfdaş ölkələrdir. Ölkələrimiz arasında uzun illərdir əlaqələr var və hər gün daha da möhkəmlənir. Bu gün Bakıdan gələn həmkarlarımızı "Delta" Dövlət Hərbi-Elmi Texniki Mərkəzi ilə tanış etdik. Onları istehsal etdiyimiz silah və texnikalar haqda məlumatlandırdıq. Düşünürəm ki, biz bu sahədə də səmərəli əməkdaşlıq edəcəyik”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi