Nazir: “Yevlax Pilot Aqropark”ın layihə dəyərinin 74 milyon manatı özəl investisiyadır
Bakı, 4 dekabr, AZƏRTAC
“Yevlax Pilot Aqropark”ın 103 milyon manatlıq layihə dəyərinin 74 milyon manatı özəl, 29 milyon manatı dövlət investisiyasıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, 2855 hektar ərazinin 1147 hektarında 100 ailə fermer təsərrüfatı yaradılacaq, 1133 hektarında yemlik bitkilər və şəkər çuğunduru əkiləcək, 210 hektarda isə kommunikasiya xətləri çəkiləcək və mühafizə zolaqları salınacaq. Aqroparkda 500 nəfər daimi, 1000 nəfər mövsümi işlə təmin ediləcək.