NBC: Bayden bu həftə İsrailə səfər etmək niyyətindədir
Bakı, 17 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Cozef Bayden bu həftə İsrailə səfər etməyi düşünür.
AZƏRTAC xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Məlumata görə, Baydenin İsrailə səfəri üçün hazırda planlaşdırma aparılır.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ liderinin İsrailə səfərə dəvət aldığını təsdiqləsə də, səfərlə bağlı qərarın hələ verilmədiyini bildirmişdi.
Oktyabrın 15-də İsrailin Baş naziri Benyamin Netanyahu Baydeni ölkəsinə həmrəylik səfərinə dəvət edib. İsrail telekanalının məlumatına görə, səfər oktyabrın 18-də və ya 19-da baş tuta bilər və hazırda bununla bağlı aktiv hazırlıq gedir.
)
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]