Neftçalada keçirilən ağacəkmə aksiyasında 1000-ə yaxın ağac və gül kolu əkilib
Neftçala, 8 may, Mahir Babayev, AZƏRTAC
Neftçalada ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Neftçala şəhərini əhatə edən aksiya zamanı Heydər Əliyev prospektinin ərazisində salınmış parkda və Ulu Öndərin adını daşıyan prospekt boyunca 1000-ə yaxın müxtəlif ağac və gül kolları əkilib. Aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri ilə yanaşı, rayon sakinləri, veteranlar və gənclər də fəallıq göstəriblər.
Neftçalanın təbii-coğrafi iqlim şəraitinə uyğun olaraq əkilən ağaclar, gül kollar suvarılıb, onların mühafizəsi üçün qoruyucu zolaqlar çəkilib.