“Neftçi” komandası UEFA Konfrans Liqasında “Rapid”lə cavab oyununa hazırlaşır
Bakı, 9 avqust, AZƏRTAC
“Neftçi” komandası UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində qarşılaşdığı “Rapid” (Vyana) klubu ilə cavab matçının hazırlığını davam etdirir.
AZƏRTAC kluba istinadla xəbər verir ki, avqustun 7-də Şamaxı şəhər stadionunda keçirilən Misli Premyer Liqasının birinci tur oyununun ertəsi günü “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edən komandamız avqustun 9-da də eyni məkanda hazırlıq keçib. Məşqdə əsasən toplu çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, “Rapid”-“Neftçi” görüşü avqustun 11-i Bakı vaxtı ilə saat 22:30-da “Alyans” stadionunda keçiriləcək.