İQTİSADİYYAT
Neftçilərin sosial-rifahı və istirahəti daim diqqət mərkəzindədir
Bakı, 29 mart (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən Balakən “Qubek Hotel” istirahət mərkəzi neftçilərin və onların ailə üzvlərinin istirahətini bayramlarda və müxtəlif əlamətdar günlərdə yüksək səviyyədə təşkil edir.
AZƏRTAC xəbər verir ki, martın 20-dən 25-dək 150 nəfərədək neftçi və onların ailə üzvləri istirahət mərkəzdə dincəlmiş, Sosial İnkişaf İdarəsinin mədəni-kütləvi tədbirlər, istirahətin təşkili və təsərrüfat departamentinin təşkilatçılığı ilə musiqi və rəqs kollektivləri qonaqlara 2 gün rəngarəng konsert proqramı təqdim etmişlər.
Neftçilərə Azərbaycanın tarixi yerləri, səfalı guşələri ilə yaxından tanış olmaq, onlar barədə ətraflı bilgi əldə etmək imkanı yaradılmışdır. İstirahət proqramında Zaqatala şəhərinə, Şəki Xan sarayına, Qax rayonu və İlisu qəsəbəsinə turlar təşkil edilmişdir. Neftçilər, həmçinin Gürcüstanın Borjomi və Bakuriani şəhərlərinə səfər etmiş, qonşu ölkənin özünəməxsus milli adət və ənənələri ilə tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]