“Neftçi”nin qolkiperi mövsümdə beşinci quru oyununu keçirib
Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasının cari mövsümündə ən çox quru oyun keçirən qapıçıların siyahısında dəyişiklik olub.
AZƏRTAC xəbər verir ki, “Sabah”la qarşılaşmada qapısını toxunulmaz saxlayan Aqil Məmmədov liderliyə şərik çıxıb. “Neftçi”nin qolkiperi mövsümdə 5-ci quru oyununu keçirib. O, bu göstəricidə rekordçu olan Mateus Albinoya çatıb. “Zirə”nin legioneri də 5 dəfə oyunu qol buraxmadan tərk edib.
Lakin A.Məmmədov Mateusla müqayisədə daha çox matç keçirib. Məmmədovun 12, braziliyalının 10 oyunu var.
Qeyd edək ki, quru oyun sayında 3-cü sırada Stanislav Namaşko qərarlaşıb. “Keşlə”nin əlcək sahibi 4 matçda qol buraxmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]
“Şəfa” klubu növbəti transferini reallaşdırıb
- 10.06.2026 [12:43]
“Qəbələ” afrikalı futbolçu ilə vidalaşıb
- 10.06.2026 [10:51]