Nelson Mandelanın rəsm əsəri hərracda 112 min dollara satılıb
Bakı, 3 may, AZƏRTAC
Cənubi Afrika Respublikasının mərhum Prezidenti Nelson Mandelanın ömrünün 18 ilini keçirdiyi həbsxana kamerasının qapısını təsvir etdiyi rəsm əsəri hərracda 112 min dollara satılıb.
AZƏRTAC hərracın keçirildiyi Nyu-Yorkdakı Bonham Hərrac Evinin saytına istinadla xəbər verir ki, Mandelanın Prezident vəzifəsindən təqaüdə getdikdən sonra çəkdiyi bu tablonu auksiona onun qızı Makazive Mandela çıxarıb.
“The Cell Door, Robben Island” (Həbsxana kamerasının qapısı, Robben adası) tablosu 2002-ci ildə çəkilib. Afrikalı liderin 18 il ərzində saxlandığı həbsxana kamerası (o, ümumilikdə 27 il həbsdə olub) bundan əvvəl də əsl ziyarət yerinə çevrilmişdi. Bir çox dövlət xadimləri, o cümlədən ABŞ-ın sabiq Prezidenti Barak Obama bu kameranı ziyarət ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:12]
İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir
- 10.06.2026 [14:04]
Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb
- 10.06.2026 [14:03]
İran Amerika bazasındakı dörd obyektə zərbə endirib
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]
İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır
- 10.06.2026 [12:40]