Neonatal ölümün 35 faizi vaxtından əvvəl doğulmuşların payına düşür
Bakı, 17 noyabr, AZƏRTAC
Erkən doğumların sayının azaldılması dünya ölkələrinin səhiyyəsinin əsas prioritetlərindən biridir. Təəssüf ki, yarımçıq doğulan körpələrin respirator patologiyalarının həlli tam olaraq mümkün deyil.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsi tərəfindən keçirilən Beynəlxalq Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Gününə həsr edilmiş onlayn konfransda deyib.
O bildirib ki, körpələrdə respirator patologiyalarla rastlaşmamaq üçün vaxtından əvvəl doğuşun qarşısını almaq lazımdır: “Neonatal ölümün 35 faizi, 5 yaşdan kiçik uşaqlarda isə ölüm hallarının 18 faizi vaxtından əvvəl doğulanların payına düşür".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]