Azərbaycan Dövlət İnformasiya Agentliyi

NƏQLİYYAT NAZİRİ ZİYA MƏMMƏDOVUN CIXIŞI

Nəqliyyat naziri ZİYA MƏMMƏDOV çıxışında ölkənin nəqliyyat strukturu və nəqliyyat parkının təkmilləşdirilməsi, yolların, körpülərin təmiri və tikintisi ilə bağlı dövlətimizin başçısının imzaladığı sənədlərin və layihələrin icrası vəziyyətindən danışaraq dedi:

- Cari ilin birinci rübündə nəqliyyat kompleksi üzrə 25,6 milyon ton yük və 209 milyon sərnişin daşınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşımaları 10,4, sərnişin daşımaları isə 5,3 faiz artmışdır. Yük daşımalarının 56,6 faizi, sərnişin daşımalarının isə 99,2 faizi özəl sektorun payına düşür. Ümumi daxili məhsulun strukturunda nəqliyyatın xüsusi çəkisi 6,2 faiz təşkil etmişdir. Yüklərin 7 milyon tonu dəmir yolu, 3,3 milyon tonu dəniz, 15,3 milyon tonu avtomibil nəqliyyatı ilə daşınmışdır. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində ilin üç ayı ərzində yükdaşımaların həcmi 14 faiz artaraq 11,7 milyon ton olmuşdur.

Nəqliyyat kompleksində işçilərin orta aylıq əmək haqqı 185 manata çatmışdır. Bu dövr ərzində 663 yeni iş yeri açılmışdır. Hesabat dövründə Gəncə hava limanının, Bakı beynəlxalq avtovağzal kompleksinin tikintisində işlər davam etdirilmiş, Lənkəran hava limanının yenidən qurulmasına başlanılmış, Şəki hava limanının tikintisinə hazırlıq işləri aparılmışdır.

Xəzər Dəniz Gəmiçiliyi tərəfindən 13,4 min ton yükgötürmə qabiliyyəti olan “Koroğlu” tankeri alınmış, Bakı dəniz vağzalı əsaslı təmir olunmuşdur. Dəmir yolunda çən vaqonların yuyulması stansiyasında yenidənqurma işləri başa çatdırılmış, gün ərzində 250 çən vaqonun daxildən və ilk dəfə olaraq xaricdən yuyulması, çirkab suların tam təmizlənməsi texnologiyaları tətbiq edilmişdir. 2005-ci il 28 dekabr tarixli Fərmanınıza uyğun olaraq, avtomobil nəqliyyatı ilə beynəlxalq, şəhərlərarası, şəhərdaxili sərnişin və yük daşımaları fəaliyyətinə lisenziyaların verilməsi ilə bağlı sənədlərin rəsmiləşdirilməsi prosesinə başlanmışdır.

Daşıyıcıların vergiyə cəlb edilməsi məqsədi ilə cari ilin mart ayından etibarən avtonəqliyyat vasitələrinə fərqlənmə nişanlarının verilməsinə başlanmış, indiyədək 24 min 622 ədəd fərqlənmə nişanı verilərək, dövlət büdcəsinə 618 min manat vəsait ödənilmişdir. Bu, 2005-ci il ərzində bütövlükdə bu sahə üzrə dövlət büdcəsinə daxil olan vəsaitə bərabərdir.

Möhtərəm cənab Prezident, icazə verin, daim diqqət mərkəzində saxladığınız regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının, regionlara səfərləriniz zamanı bölgələrin inkişafı və əhalinin sosial şəraitinin yaxşılaşdırılması, həmçinin Bakı şəhərinin və qəsəbələrinin inkişafı ilə bağlı imzaladığınız sərəncamların icra vəziyyəti barədə məlumatları Sizə məruzə edim.

Hesabat dövründə 144 kilometr respublika əhəmiyyətli, rayon və kəndlərarası avtomobil yolları təmir olunmuşdur. Bakı-Ələt-Qazax-dövlət sərhədi, Bakı-Quba-dövlət sərhədi, Ələt-Astara-dövlət sərhədi magistral avtomobil yollarında yenidənqurma işləri davam etdirilmişdir. 94 kilometr uzunluğunda olan Gəncə-Qazax avtomobil yolunda işlər yekunlaşdırılır və cari ilin iyul ayında istismara hazır olacaqdır. Əsas magistral yolun uzunluğu 85,6 kilometr olan Hacıqabul-Kürdəmir hissəsində İtaliyanın “Todimi” şirkəti tərəfindən işlər davam etdirilir və 2007-ci ilin oktyabr ayında başa çatdırılacaqdır.

Magistralın Kürdəmir-Ucar (46,2 kilometr), Ucar-Yevlax (53 kilometr), Yevlax-Gəncə (88,8 kilometr) və Qazax-dövlət sərhədi (38 kilometr) hissələrinin yenidən qurulması ilə bağlı məsləhətçi və podratçı firmaların seçilməsi məqsədi ilə müsabiqələr keçirilibdir. Maliyyələşdirilmə məsələlərinin tam həlli məqsədi ilə Sizin razılığınız əsasında Asiya İnkişaf Bankı 52 milyon ABŞ dolları, Küveyt Fondu ilə 14 milyon ABŞ dolları yaxın günlərdə kredit sazişləri imzalanacaqdır. Tikinti işlərinə 2006-cı ilin sonu və 2007-ci ilin əvvəllərində başlanacaqdır.

Bakı-Quba-dövlət sərhədi avtomobil yolunun texniki-iqtisadi əsaslandırılması və dizayn işləri Belçikanın “Eko” şirkəti tərəfindən hazırlanmışdır. Layihələndirmə zamanı marşrutun optimallaşdırılması hesabına, yolun uzunluğu 16 kilometr qısaldılacaqdır. Tikinti ilə bağlı maliyyələşmə məsələləri tam həll olunmuş, Çexiyanın “Rno” şirkəti yolun 111-ci kilometrindən dövlət sərhədinə qədər hissəsinin tikinti işlərinə başlamışdır.

Ziya Məmmədov daha sonra magistral yolların texniki-iqtisadi əsaslandırılması layihələri, eləcə də Bakı şəhərində avtomobil nəqliyyatının hərəkətində yaranmış problemlərin aradan qaldırılması ilə bağlı layihələrin nəzərdə tutulan müddətlərdə başa çatacağını bildirərək dedi ki, zati-aliləri, xahiş edirəm, vaxt məhdudluğu səbəbindən ölkəmizin nəqliyyat infrastrukturunun yeniləşdirilməsi və bu sahədə görülən digər işlər barədə məlumatların tam əhatə olunmadığını nəzərə alasınız. Sizi əmin edirəm ki, müəyyən olunmuş infrastruktur layihələri üzrə hazırda görülən və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan işlər sayəsində ölkəmizin nəqliyyat sisteminin daha sürətli inkişafına nail olunacaqdır. Diqqətinizə görə minnətdaram.

İLHAM ƏLİYEV: Nəqliyyat sektorunda o qədər böyük işlər görülür ki, bəlkə də, bir saat da kifayət etməyəcəkdir. Siz ancaq görülən işlərin sadalanması ilə çıxışınızı yekunlaşdırdınız. Görün, nə qədər böyük işlər görülübdür. Hələ bir hissə qaldı, onu növbəti dəfə müzakirə edəcəyik. Amma doğrudan da, indi Azərbaycanda nəqliyyatda ən böyük inkişaf var. Həm bölgədə yerləşən ölkələrə nisbətən, eyni zamanda, ölkə daxilində, deyə bilərəm ki, ən dinamik inkişaf edən sahədir. Bu da təbiidir, çünki qeyd etdiyim kimi, Azərbaycanın əlverişli coğrafi vəziyyəti əlbəttə, bizim imkanlarımızı artırır. Ancaq bundan istifadə etmək üçün çox güclü nəqliyyat infrastrukturu - dəmir yolu, hava nəqliyyatı, dəniz nəqliyyatı və avtomobil yolları olmalıdır. Ona görə burada vəziyyət çox müsbətdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib