Nəqliyyat Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Bakı, 18 yanvar (AZƏRTAC). Nəqliyyat Nazirliyində 20 Yanvar şəhidlərinin anma mərasimi keçirilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra nəqliyyat nazirinin müavini Musa Pənahov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədən, 1990-cı il yanvarın 20-də baş verən qanlı hadisələrdən danışmışdır. Nazir müavini bildirmişdir ki, azadlığa, müstəqilliyə can atan xalqımız 1990-cı il yanvarın 20-də həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.
Tədbirdə qeyd olunmuşdur ki, Bakının küçələrinə və meydanlarına çıxaraq imperiyaya qəti etirazlarını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarmışdır. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd oğul və qızlarımız canlarından keçərək şəhid olmuşlar. Xalqımızın qan yaddaşında əbədi həkk olunmuş 20 Yanvar faciəsi bu səbəbdəndir ki, hər il ümumxalq hüzn və qürur günü kimi qeyd edilir.
Sonda 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş hadisələrlə bağlı videosüjet nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]