Nərimanov rayonunda tibb işçilərinin peşə bayramı qeyd olunub
Bakı, 17 iyun, AZƏRTAC
Nərimanovda Tibb işçilərinin peşə bayramı qeyd olunub.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP Nərimanov Rayon Təşkilatının sədri, bələdiyyə sədri, RİHB-nın müavinləri və tibb işçiləri iştirak ediblər.
Çıxışlar zamanı tibb işçilərinə uğur və müvəffəqiyyətlər arzu edilib, tibb elminin önəmindən söz açılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirən islahatlar sayəsində səhiyyə sistemimizin müasirləşdiyi, maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndiyi, tibbi xidmətlərinin səviyyəsinin yüksəldiyi vurğulanıb. Vətən müharibəsi və COVID-19 pandemiyası dövründə tibb işçilərinin fədakarlığı xüsusi qeyd edilib.
Tədbir bədii proqramla davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [18:23]
Dövlət Yanğından Mühafizə Xidməti növbəti “Açıq qapı” günü təşkil edib
- 16.06.2026 [17:42]