Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəsimi əsərlərinin əlyazmaları və nəsimişünaslıq problemləri

Nəsimi əsərlərinin əlyazmaları və nəsimişünaslıq problemləri

Bakı, 15 mart, AZƏRTAC

Bu il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunub. “Nəsimi ili” şairə həsr olunmuş müxtəlif tədbirlərin keçirilməsi ilə yanaşı, onun yaradıcılığının daha dərindən araşdırılmasına zəmin yaradır.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovun “Nəsimi əsərlərinin əlyazmaları və nəsimişünaslıq problemləri” sərlövhəli məqaləsini təqdim edir.

Nəsiminin anadilli “Divan”ı ilk dəfə İstanbulda 1844-cü ildə, sonra yenə orada 1871-ci və 1880-ci illərdə nəşr edilib. Ümumiyyətlə, şairin “Divan”ı Türkiyədə dəfələrlə işıq üzü görüb. Görkəmli ədəbiyyatşünas Salman Mümtaz Azərbaycanda ilk dəfə olaraq 1926-cı ildə Bakıda, “Kommunist” mətbəəsində Nəsiminin şeirlər toplusunu nəşr etdirib. Kitaba yazdığı “Ön söz”də şairin türk, fars və ərəb dillərində üç “Divan”ının olması barədə məlumat verən S.Mümtaz müxtəlif əlyazmalardan, cüng və bəyazlardan onun şeirlərini bir kitab halında toplayaraq oxuculara təqdim etdiyini bildirir. Sonda Nəsimi şeirlərində işlədilən əski türk sözlərinin lüğəti verilib.

Azərbaycanda Nəsiminin əsərlərini nəşr etdirən tədqiqatçılardan Mirzağa Quluzadə, Həmid Araslı, Cahangir Qəhrəmanov, Əlyar Səfərli, Qəzənfər Paşayev və Teymur Kərimlinin adlarını çəkmək olar. Şairin anadilli “Divan”ının, onun əlyazma nüsxələrinin tədqiqi sahəsində professor Cahangir Qəhrəmanovun xidmətlərini xüsusilə qeyd etmək istərdik. Alim 1969-cu ildə “İmadəddin Nəsimi əsərlərinin tənqidi mətni və leksikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, 1973-cü ildə böyük şairin 600 illik yubileyi qeyd edildiyi bir zamanda nəşr etdirdiyi üçcildlik “Nəsimi. Əsərlər” kitabında şairin anadilli “Divan”ının elmi-tənqidi mətnini tədqiqatçılara təqdim edib. Ərəb qrafikası ilə yazılmış bu mətni xəttat Qulam Darabadi köçürüb. Kitabın elmi redaktoru akademik Həmid Araslı idi. C.Qəhrəmanov elmi-tənqidi mətnin tərtibində bir çox əlyazma və çap nüsxələrindən istifadə edib. Bu sırada Əlyazmalar İnstitutunda saxlanan XVI əsrə aid əlyazma; 1700-cü ildə Mirzəxan vələdi-Məlik Şeyx Bünyad Salbaninin köçürdüyü əlyazma; İrəvanın Matenadaran Qədim Əlyazmalar İnstitutunda saxlanan, 1661-ci ildə Hüseynəli ibn Səfərəli tərəfindən köçürülmüş əlyazma; Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq bölməsində saxlanan, 1793-cü ildə Buxarada köçürülmüş əlyazma nüsxəsi; Özbəkistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda mühafizə edilən, 1877-ci ildə Buxarada Mir Nəsibullah Buxari tərəfindən köçürülmüş əlyazma; Nəsimi əsərlərinin 1880-ci ildə İstanbulda, “Əxtər” mətbəəsində, habelə Bakıda, “Kommunist” mətbəəsində çap edilmiş nüsxələri aiddir. Tədqiqatçı əlyazma və nəşrlər arasında bütün nüsxə fərqlərini göstərib. O, nüsxələr arasında olan bütün qrafik, imla, leksik və qrammatik fərqlərə diqqət yetirib, xüsusi olaraq qeyd edib. Alim şairin əsərlərinin təkcə bədii vüsətinə, şeiriyyətinə, ideya və məzmununa diqqət yetirməyib. Burada Nəsiminin Azərbaycan ədəbi dilinin inkişafındakı rolu, onun əsərlərinin müxtəlif dövrlərdə üzü köçürülmüş əlyazmalarında əksini tapmış dil vahidləri, onların dilimizin inkişaf tarixinin ayrı-ayrı mərhələlərində işlənmə xüsusiyyətləri də nəzərə alınıb.

Qeyd edək ki, professor Mirzağa Quluzadə 1962-ci ildə Nəsiminin seçilmiş şeirlərini nəşr etdirərkən onun “Divan”ının Əlyazmalar İnstitutunda saxlanan iki əlyazma nüsxəsindən istifadə edib.

Son illərdə xarici ölkə kitabxanalarında axtarışlar aparılıb, Nəsimi əsərlərinin bir sıra yeni, naməlum əlyazmalarını əldə etmişik.

Ankaranın Milli Kitabxanasından əldə edilmiş Nəsimi “Divan”ı “Divani-Seyyid əleyhürrəhmə əlğüfran” (“Rəhmətlik, günahları bağışlanmış Seyid Nəsiminin divanı”) sözləri ilə başlanır və 83 vərəqdən ibarətdir.

Böyük Azərbaycan şairinin həmin kitabxanada saxlanan, surətini əldə etdiyimiz ən irihəcmli lirik şeirlər toplusunun - “Divan”ının əlyazması 308 vərəqdən ibarətdir, “Divani-Həzrəti-Seyyid Nəsimi qəddəsə sirühül əziz” (“Həzrət-Seyid Nəsiminin divanı, əziz qəbri pak olsun”) sözləri ilə başlanır. Buraya 711 qəzəl, 6 tərcibənd, 3 məsnəvi, 9 müstəzad, 5 müxəmməs, 3 qitə, 603 rübai daxildir. Ətraflı nəzərdən keçirdikdə buradakı şeirlərin hamısının İmadəddin Nəsimiyə məxsus olmadığını, eyni təxəllüslə yazan başqa müəlliflərə aid olduğunu görürük. Məlum olduğu kimi, bir sıra hürufi şairlər öz ideyalarını yaymaq üçün və ya böyük şairimizə heyran olduqlarına görə şeirlərini “Nəsimi” təxəllüsü ilə yazmışlar. Nəsiminin bu “Divan” nüsxəsindəki beş müxəmməsi nəzərdən keçirdikdən sonra bu əsərlərin üslubuna, bədii keyfiyyətlərinə əsasən onların müəllifinin başqa Nəsimi olduğunu iddia edə bilərik. Ümumiyyətlə, indiyədək nəzərdən keçirmək imkanına malik olduğumuz Nəsiminin anadilli “Divan” nüsxələrində onun müxəmməsinə rast gəlmirik.

Nəsimi əlyazmalarının araşdırılmasının onun ədəbi irsi ilə yanaşı, tərcümeyi-halının da daha ətraflı öyrənilməsinə yardım etdiyinə şübhə yoxdur. Şairin hansı təxəllüsündən nə vaxt istifadə etməsi onun tərcümeyi-halı ilə bağlı məsələlərdəndir. Məlum olduğu kimi, sənətkar “Nəsimi” ilə yanaşı, “Hüseyni”, “Seyyid”, “Seyyid Nəsimi”, “Haşimi” təxəllüslərindən də istifadə edib, bəzi əlyazmalarda onun təxəllüssüz şeirlərinə də rast gəlmək olar. Bəzi tədqiqatçılar göstərirlər ki, şair yaradıcılığa yeni qədəm qoyduğu gənclik illərində “Hüseyni” təxəllüsündən (o, bu təxəllüsü əsl adı Hüseyni olan Həllac Mənsura pərəstiş etdiyi üçün götürüb) daha çox istifadə edib, Fəzlullah Nəimi ilə görüşüb, hürufilik təriqətini qəbul etdikdən sonra isə “Nəsimi” təxəllüsündən istifadə etməyə başlayıb. “Nəsimi” təxəllüsünün Fəzlullahın “Nəimi” təxəllüsünə bənzəməsi bu ehtimalı daha da gücləndirir. Böyük sənətkarın anadilli “Divan”ının yeni əldə edilən əlyazma nüsxələrinin nəzərdən keçirilməsi onun eyni vaxtda paralel olaraq bir neçə təxəllüsdən (xüsusilə də “Nəsimi” və “Hüseyni”) istifadə etməsi ehtimalını irəli sürməyə imkan verir. Məsələn, Tehranın Məclis Kitabxanasından surəti əldə edilən “Divan” 140 vərəqdən ibarətdir. Nəstəliq xətti ilə köçürülmüş bu nüsxədə şairin “Nəsimi” ilə yanaşı “Hüseyni”, “Seyid” təxəllüsləri ilə yazdığı şeirləri də var.

Surəti Ankara Milli Kitabxanasından əldə edilmiş 105 vərəqdən ibarət əlyazmanın sərlövhəsində “Divani-Həzrəti-Seyyid Nəsimi” (“Həzrət Seyid Nəsimi divanı”) sözləri yazılsa da, buradakı şeirlərin çoxu “Hüseyni” təxəllüsü ilə yazılıb. Həmin kitabxanada 124 vərəqdən ibarət “Divan” əlyazmasında həm “Nəsimi”, həm də “Hüseyni” təxəllüsləri ilə yazılan şeirlər yer alıb.

Ankara Milli Kitabxanasından surətini əldə etdiyimiz digər “Divan” əlyazması isə bir neçə cəhətdən böyük maraq doğurur. “Divan”ın əvvəlində “Bismillahir-Rəhmanir-Rahim” sözlərindən sonra “Kitabi-Seyyid Nəsimi əl-Hüseyni” (Seyid Nəsimi əl-Hüseyninin kitabı”) yazılıb. Bu fakt göstərir ki, şairin “Hüseyni” təxəllüsü kifayət qədər geniş oxucu kütləsinə məlum olmuşdur. Bundan başqa, 134 vərəqdən, müxtəlif janrlarda yazılmış şeirlərdən ibarət bu “Divan”ın əvvəlində kitabın görkəmli mütəsəvvif Hacı Bəktaş Vəlinin ardıcılı, bəktaşilik təriqətinə məxsus Mömin Dədə təkyəsinə vəqf edildiyi, geniş oxucu kütləsinin istifadəsi üçün bağışlandığı barədə qeyd var. Nəsiminin həyatının müəyyən dövründə bəktaşilərlə yaxınlaşdığı məlumdur. Ümumiyyətlə, hürufilərlə bəktaşilər arasında yaxınlıq olmuşdur. Hürufilər təqib edilərək Anadoluya getdikləri zaman bəktaşilər onlara kömək etmiş, sığınacaq vermişlər. Bu əlyazma nüsxədəki qeyd göstərir ki, Nəsimi bəktaşi təriqətinin nümayəndələri arasında hörmət sahibi olub, onun şeirləri bu mühitdə sevilərək oxunub.

Nəsimi irsinin geniş miqyasda yayıldığının əsas göstəricisi onun əsərləri ilə yanaşı, davamçılarının da əsərlərinin dünyanın müxtəlif kitabxanalarında saxlanan əlyazma nüsxələridir. Araşdırmalar göstərir ki, hürufiliyin yayılması və təbliğində şairin şeirləri əsas rol oynayıb. Təsadüfi deyil ki, onun ölümündən sonra da hürufi şairlər ideyalarını yaymaq üçün “Nəsimi” təxəllüsü ilə şeirlər yazıblar.

XV əsrin sonu-XVI əsrin əvvəllərində yaşamış hürufi şairimiz Süruri şeirlərində Nəsimi ənənələrini davam etdirib. Onun haqqında çox az məlumat var, ədəbiyyat tariximizdə onun bir neçə şeirindən söhbət açılır. Süruri bir müddət Şah İsmayıl Xətainin sarayında Həbibi, Şahi, Matəmi, Qasimi, Tüfeyli ilə bərabər şeir məclislərində iştirak edib, sonralar Türkiyəyə köçüb. Nəsimi kimi Süruri də şeirlərində insanı “bəşər surətli Həqq” adlandırıb:

Zülfi qaşü kipriyindən, ey bəşər surətli Həqq,

Kaşifi-sirri-tilismü gənci-Quran olmuşam.

Sürurinin qəzəllərində Nəsimi ruhu, Nəsimi ədası, onun şeirlərinin ritmi öz ifadəsini tapır. Nəsimi kimi o da hürufi ideyalarını təbliğ edərkən öz şəxsiyyətini ön plana çəkir:

Ol mənəm ki kaşifi-gənci-tilismi-aləməm,

Vaqifi-sirri-kəlamüllahü vəchi-adəməm.

“Küntü kənz”in gövhəri nitqimdən olmuşdur zühur

Dürri-vəhdət məndədir, yəni ki, gənci-mübhəməm...

Ol Süruriyəm ki, mən ruzi-əzəldən ta əbəd,

Fəzli-Həqqin bəndəsiyəm, padşahi-aləməm.

Son dövrlərdə Sürurinin anadilli şeirlər toplusunun “Divan”ının surətlərini Vatikanın Apostol, İstanbulun Süleymaniyyə və Manisa şəhər kitabxanalarında saxlanan əlyazma nüsxələrini əldə etmişik. 192 vərəqlik Vatikan əlyazmasının 184 vərəqində şairin şeirləri köçürülüb. Nüsxə rikabə-Şərq paginasiyası ilə səhifələnib. Yəni, hər səhifənin sonunda növbəti səhifədə yazılacaq ilk söz qeyd edilib. Bu səhifələnmə üsulunun qüsurlu cəhəti ondan ibarətdir ki, ortadan neçə səhifənin düşdüyünü bilmək mümkün deyil. Əlimizə 931 beyti çatmış bu “Divan” nüsxəsinin bəzi səhifələrinin kənarlarında xalq təbabətinə aid qeydlər, mətnə aid olmayan yazılar da var.

Süruri “Divan”ının İstanbulun Süleymaniyyə kitabxanasında saxlanan nüsxəsində 187 qəzəl, 5 mürəbbe, 1 müxəmməs vardır. “Divan”ın Manisa nüsxəsi 37 vərəqlik əlyazmanın 23 vərəqinə köçürülüb, burada müxtəlif janrlarda şeirlər var. Süruri şeirlərindən sonra əlyazmada “Dana” təxəllüslü hürufi şair Mir Seyid Əlinin, Nəsiminin farsca şeirləri köçürülüb. Sonda əlyazmanın 1570-ci ildə Hələb şəhərində mərhum dərviş Bayram Babanın dərgahında köçürüldüyü barədə qeyd var. Bu fakt göstərir ki, Nəsiminin ölümündən sonra hürufilər, Nəsimi ənənələrinin ardıcılları bir sıra bölgələrdə olduğu kimi, böyük şairimizin vəhşicəsinə qətlə yetirildiyi Hələbdə də fəal olmuş, ayrı-ayrı təkyələrdə toplaşaraq hürufiliyi, Nəsiminin və onun davamçılarının ədəbi irsini təbliğ ediblər.

Seyid Yəhya Bakuvinin yetirməsi, əslən Türkiyənin Aydın elindən olan, ilk gənclik illərindən Azərbaycana gələrək ömrünün sonuna qədər burada yaşamış Dədə Ömər Rövşənin (?-1487) anadilli poetik yaradıcılığında Nəsimi şeirlərinin təsiri mühüm yer tutur. Şairin əsərlərinin 39 əlyazması barədə məlumat verən professor Azadə Musayeva onun külliyyatının elmi-tənqidi mətnini tərtib edərkən 7 nüsxədən istifadə edib. Bu sıraya Əlyazmalar İnstitutunda saxlanan 2 əlyazma (hər ikisi XVI əsrdə köçürülüb); Vatikanın Apostol kitabxanasında saxlanan əlyazma (XVIII əsr); Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun kitabxanasında saxlanan, 1604-cü ildə köçürülmüş nüsxə, İstanbulun Topqapı Sarayı Muzeyində mühafizə edilən, 1619-cu ildə köçürülmüş əlyazma; Marburq Dövlət Kitabxanasında qorunan, köçürüldüyü vaxt bəlli olmayan nüsxə; Upsala Universiteti kitabxanasında saxlanan, 1657-ci ildə köçürülmüş əlyazma.

Nəsimi irsindən təsirlənmiş sənətkarlardan biri də görkəmli Azərbaycan mütəssəvvif şair Şeyx İbrahim Gülşəni Bəndəidir (1426-1533). Dünya kitabxanalarında onun əsərlərinin onlarca əlyazmaları saxlanmaqdadır. A.Musayeva şairin türk “Divan”ını nəşrə hazırlayarkən 6 nüsxədən istifadə edib: Ankara Milli Kitabxanasındakı nüsxə (1530-cu ildə köçürülüb); Rusiya Elmlər Akademiyası Sankt-Peterburq bölməsində saxlanan nüsxə (1614-cü ildə köçürülüb); Vatikanın Apostol kitabxanasında mühafizə edilən nüsxə Vat.Turco (XVIII əsr); İstanbul Universiteti kitabxanasındakı köçürülmə vaxtı məlum olmayan əlyazma; İstanbul Millət Kitabxanasında saxlanan və tarixi bəlli olmayan nüsxə.

Tədqiqatçılar Nəsimi irsinin XV əsr Azərbaycan şairi, orta əsrlərdə mühacirət ədəbiyyatımızın nümayəndələrindən biri Xəlili yaradıcılığına nəzərəçarpan dərəcədə təsir etdiyini göstəriblər. Onun əsərlərinin onlarca nüsxələri müxtəlif kitabxanalarda mühafizə edilməkdədir. A.Musayeva şairin əsas əsərlərindən biri olan “Firqətnamə” məsnəvisini nəşr etdirərkən onun Sankt-Peterburq, Berlin və İstanbul nüsxələrindən istifadə edib.

Qaraqoyunlu dövlətinin hökmdarı, XV əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olmuş Cahanşah Həqiqi hürufi təriqətinə mənsub olub, Nəsiminin təsiri ilə əsərlər yazıb. Onun anadilli “Divan”ının 4 nüsxəsi məlumdur. Londonun Britaniya muzeyində saxlanan, 1488-ci ilin sentyabrında Qənbərəli tərəfindən köçürülmüş 86 vərəqdən ibarət nüsxədə türkcə 96 qəzəl və farsca 1 müstəzad var. İrəvanın Qədim Əlyazmalar İnstitutunda saxlanan 54 vərəqdən ibarət əlyazmada 79 farsca qəzəl, 58 türkcə qəzəl və 76 tuyuq var. 1474-1475-ci illərdə şairin ölümündən 7-8 il sonra köçürülüb, İstanbulun Süleymaniyyə kitabxanasında saxlanan 107 vərəqdən ibarət nüsxədə farsca 31 məsnəvi, 1 müstəzad, 112 qəzəl, türkcə 94 qəzəl, 29 tuyuq var. Ankara Universiteti dil, tarix və coğrafiya fakültəsi kitabxanasındakı əlyazma 26 vərəqdən ibarətdir. Əlhac Hüseyn tərəfindən 1776-1777-ci illərdə köçürülən əlyazmada 80 qəzəl var.

Bu yaxınlarda Tehranın Məclis Kitabxanasından Səfəvilər dövründə yaşamış, yaradıcılığında Nəsimi irsindən bəhrələnən, onun qəzəlinə təxmis yazmış Təbrizli Heydərinin farsca “Divan”ının surətini əldə etmişik, 254 vərəqdən ibarət bu əlyazma külliyyata şairin lirik şeirlərindən ibarət “Divan”ı, müxtəlif münasibətlərlə, ayrı-ayrı şəxslərə həsr etdiyi əsərlər, qəsidələr daxil edilib. Nüsxədə 1572-ci il qeyd edilib. Təzkirəçilər göstərirlər ki, Heydəri gözəl şeirlər müəllifi olub, Məkkə və Mədinəni ziyarət edib, üç dəfə Hindistana gedib. Üçüncü Böyük Moğol imperatoru, əlli ilə qədər hakimiyyətdə olmuş Cəlaləddin Məhəmməd Əkbər şaha (1556-1605) həsr etdiyi qəsidəyə görə yüksək məbləğdə - on min rupi mükafat, xələt və bir at alıb. XVI əsrin sonlarında vəfat etmiş Heydərinin əsərlərinin külliyyatında Əkbər şaha həsr edilmiş həmin qəsidə də yer alıb.

Yaradıcılığında Nəsimi şeirlərindən təsirlənən, onun qəzəlinə təxmis yazmış, XVI əsrdə yaşamış, Osmanlı şairi sayılan Heyrətinin türkcə “Divan”ının surətini Ankara Milli Kitabxanasından əldə etmişik. “Divani-Heyrəti” sərlövhəsi ilə başlanan bu topludakı şeirlər bir sıra məsələlərə aydınlıq gətirilməsində, Anadoluda, Osmanlı imperatorluğunun müxtəlif bölgələrində Nəsimi irsinin yayılmasının öyrənilməsində bizə yardım edir. “Divan”ın əlimizə çatan hissəsi 105 qəzəl və 46 beytlik tərcibənddən ibarətdir. Heyrəti “Divan”ındakı şeirlər təzkirələrdə onun dərviş xasiyyətli, şiəməzhəb olduğu barədə deyilənləri təsdiq edir. Beytlərindən birində Heyrəti qürbətdə yaşadığını, geriyə-Əcəm mülkünə qayıtmaq istədiyini deyir:

Zəf ilə bu qürbətdə əcəb necə olu halım,

Qalmadı Əcəm mülkünə varmağa macalım.

Məlum olduğu kimi, orta əsrlərdə “Əcəm diyarı” dedikdə İran və Azərbaycan başa düşülürdü. Bu fakta əsaslanaraq şairin əslən Azərbaycan türkü olduğunu, sonradan naməlum səbəbdən məkanını dəyişdiyini ehtimal etmək olar. Onun şeirlərinin Azərbaycan türkcəsinə yaxın bir dildə yazılması bu ehtimalı daha da gücləndirir. “Divan”dakı şeirlərdən birindən məlum olur ki, Heyrəti Makedoniyanın paytaxtı Üsküp (Skopye) şəhərində, Vardar çayının sahilində yaşayıb. Heyrəti hürufi olmasa da, Nəsimi şeirlərinin təsiri ilə “Gəlür”, “Ancaq”, “Yox”, “Gərək”, “İmiş”, “Bu gün”, “Eylədün”, “Kibi”, “Etdi” və s. rədifli qəzəllər yazmış, onun işlətdiyi obraz və məcazlardan bəhrələnib. Heyrətinin 1534-cü ildə vəfat etməsi barədə məlumatımız vardır.

Bəlli olduğu kimi, hürufilər 1394-cü ildə Fəzlullah Nəiminin Əmir Teymurun əmri ilə qətlə yetirilməsindən sonra təqib olunduqlarına görə Azərbaycandan Anadoluya və Suriyaya mühacirət etmişlər. Bunlardan biri də Nəsiminin müridi-xəlfəsi, onunla birlikdə Azərbaycandan Anadoluya köçən, “Bəşarətnamə” və “Gəncnamə” adlı iki məsnəvi müəllifi, hürufi şair Rəfiidir. Türkiyəli tədqiqatçı Günay Qut əsərlərinin dil xüsusiyyətlərinə əsasən onun şirvanlı olduğu ehtimalını irəli sürmüşdür. Rəfiinin məsnəvilərinin əlyazmaları dünyanın bir sıra kitabxanalarında mühafizə edilməkdədir. Şairin “Bəşarətnamə” məsnəvisinin surətini İranın Məlik kitabxanasından əldə etmişik. Əsərin bu nüsxəsində

Bəşarətnameyi-Fəzli-İlahi,

Bilən görür qamu əşya kəmahi

- beyti sərlövhə kimi verilibdir.

XVI əsrdə Türkiyədə yaşayan Nəsimi ardıcıllarından olan Üsuli haqqında təzkirələrdə yazılır ki, Yenicervardarlı olan şair Misirə gedib İbrahim Gülşəninin müridi olmuş, onun ölümündən sonra vətənə qayıtmış, bir neçə dəfə məkanını dəyişmiş, 1534-cü ildə vəfat etmişdir. Lətifi təzkirəsində onu Nəsimi tərzində şeirlər yazan sənətkar adlandırır. Bildirir ki, Üsulini “Fəzlullahi-sani və sirri-Seyyid Nəsimi” (“İkinci Fəzlullah və Seyid Nəsiminin sirri”) adlandırıblar. Türk alimi Əbdülbaqi Gölpınarlı 1953-cü ildə İstanbulda çap etdirdiyi “Nəsimi-Üsuli-Ruhi” kitabında göstərir ki, Üsuliyə Nəsimi kimi tam mənası ilə hürufi şair demək mümkün olmasa da, o, hürufi inanclarını mənimsəmiş sənətkar olub. Dünya kitabxanalarında Üsulinin bir sıra divan nüsxələri saxlanmaqdadır.

XVI əsrdə yaşamış türkdilli divan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Ruhi Bağdadinin yaradıcılığında Nəsiminin təsiri özünü göstərməkdədir. Əbdülbaqi Gölpınarlı şairin bəhrələndiyi, özünə ustad saydığı sənətkarlar barədə yazır: “Ruhi İran şairlərindən Hafizdən, türk şairlərindən xüsusilə Nəsimi və Füzulidən, sonra da Nicati, Baqi, Ali və Əzimizadə Halətidən ilham almışdır. Ali hürufi nəşəsinə sahib və xəlvəti təriqətinə mənsub gelibolulu bir zatdır”. Şairin əsərlərinin əlyazma nüsxələri dünya kitabxanalarında, daha çox Türkiyə kitabxanalarında mühafizə edilir. Tədqiqatçı A.Musayeva Ruhi Bağdadinin “Divan”ını Bakıda nəşrə hazırlayarkən Türkiyənin Süleymaniyyə kitabxanasında saxlanan üç, Topqapı Sarayı Muzeyi, İmperator, Millət, Xosrov Paşa kitabxanalarının hər birində saxlanan bir nüsxəsindən, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı bir cüngdən istifadə edib.

Nəsiminin və onun ardıcıllarının əsərlərinin dünyanın müxtəlif kitabxanalarına, əlyazma saxlanclarına səpələnmiş əlyazma nüsxələri böyük Azərbaycan şairinin İran, Orta Asiya daxil olmaqla Avropadan tutmuş Hindistana qədər yayılan nüfuzundan, ədəbi təsirindən xəbər verir. Adını çəkdiyimiz və çəkmədiyimiz əsərlər ətraflı araşdırıldıqda Nəsimi ədəbi məktəbinin geniş miqyası ortaya çıxacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır