Nəsimi rayonunda ağacları köçürən şirkət digər ərazidə yaşıllıq sahə salmağı öhdəsinə götürüb
Bakı, 27 sentyabr, AZƏRTAC
“Bakı şəhəri, Nəsimi rayonunun H.Sarabski, A.Qurbanov, S.Salayev küçələrinin əhatə etdiyi ərazidə, pilot layihə çərçivəsində çoxmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinin ikinci mərhələsi üzrə işlərin icrasına maneçilik yaradan ümumilikdə 27 ağac və 3 kol bitkisi köçürüləcək”.
AZƏRTAC xəbər verir ki, bunu “ArchiCO” MMC-nin mühəndis-konstruktoru Emil Əzizbəyov Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə deyib.
O qeyd edib ki, ağacların diametri kiçikdir və buna görə də köçürülməsi uyğundur: “Texniki imkanlara və mütəxəssis heyətinə malik ixtisaslaşdırılmış qurum tərəfindən müvafiq olaraq əl əməyi və xüsusi ağacçıxaran maşınların köməyi ilə yaşıllıqlar nisbi sükunət dövründə köçürülərək layihədə yaşıllıq üçün nəzərdə tutulan münbit sahəyə əkiləcək”, - deyə E.Əzizbəyov əlavə edib.
İctimai dinləmədə götürülən yaşıllıqlara kompensasiya olaraq Bakı şəhərində boş ərazidə dayanıqlı suvarma sistemi ilə yaşıllıq sahəsinin salınması şərti qoyulub. Şirkət rəsmisi bu şərtlə razılaşaraq onu qəbul edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 11.06.2026 [12:00]
Uşaq evinin sakinləri İtaliyada keçirilən rəsm sərgisində iştirak ediblər
- 11.06.2026 [11:31]
Nərimanov rayonunda obyektdə yanğın başlayıb
- 11.06.2026 [11:29]
Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO
- 11.06.2026 [11:24]
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb
- 11.06.2026 [11:21]
Beş tondan artıq narkotik vasitə məhv edilib
- 11.06.2026 [10:54]
Bu ilin may ayında yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb
- 11.06.2026 [10:43]
Ermənistanda zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]