Nəsimi rayonunda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib
Bakı, 8 noyabr, AZƏRTAC
Nəsimi rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq rayon ərazisində yeni istifadəyə verilmiş Zəfər bağında və Cavadxan küçəsində rayon icra hakimiyyəti rəhbərliyinin, şəhid ailələri və qazilərin, rayonun idarə, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya zamanı əvvəlcə Zəfər bağında rayonun Vətən müharibəsi şəhidlərinin hər birinin adına bir ağac, sonra isə Cavadxan küçəsində 500-dən artıq həmişəyaşıl ağaclar əkilib, mövcud yaşıllıqlara qulluq göstərilib.