NİGERİYADA QUSH QRİPİNİN YENİ ŞTAMMI AŞKAR EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mütəxəssislər Nigeriyada quş qripinin yeni yüksək patogenli ştammının aşkar edildiyini bildirmişlər. Tamamilə yeni olan bu ştammın Qərbi Afrikanın digər bölgələrinə də yayılması ehtimalı vardır.
BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı bildirmişdir ki, virus 2006-2007-ci illərdə Nigeriyada yayılmış ştammdan genetik cəhətdən fərqlənir. Ştammın əvvəllər İtaliya və Əfqanıstanda, ötən il İranda qeydə alınmış virusa yaxın olduğu təsdiq edilmişdir.
Rəsmi orqanlar virusun köçəri quşlar tərəfindən yayılmasına şübhə edirlər, çünki yay miqrasiyası hələ başlanmamışdır. Bu baxımdan, quşçuluq müəssisələrinin məhsullarının beynəlxalq ticarəti və ya qaçaqmalçılığı daha ağlabatandır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]