NİİM: Sabunçuda yolayrıcında yaranan avtomobil sıxlığının qarşısı alınıb
Bakı, 30 yanvar, AZƏRTAC
Daha bir yolayrıcında yaranan avtomobil sıxlığının qarşısı alınıb. Bu məqsədlə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları Sabunçu rayonunun Şəhər şosesi ilə Mübariz İbrahimov küçəsinin kəsişməsindəki yolda müşahidə kameralarının imkanlarından istifadə etməklə təhlillər aparıblar.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, həmin yolda daha çox axşam saatlarında sıxlıq yarandığı məlum olub. Sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə həmin kəsişmədə Zabrat qəsəbəsi istiqamətində işıqforda keçid vaxtı 10 saniyə artırılıb. Bununla da yolda yaranan sıxlıq aradan qalxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:48]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:30]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [16:26]