Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nikol Paşinyanın reytinqi kifayət qədər aşağı düşüb

Nikol Paşinyanın reytinqi kifayət qədər aşağı düşüb

Bakı, 27 yanvar, AZƏRTAC

Son vaxtlar erməni KİV-lərində baş nazir N.Paşinyan hökumətinin mövqelərinin zəiflədiyini göstərən yazılar dərc olunur. Ermənistanda siyasi elita daxilində rəqabətin güclənməsi müşahidə olunur. 2018-ci illə müqayisədə baş nazir Nikol Paşinyanın reytinqi kifayət qədər aşağı düşüb.

Siyasi analitik Ehtiram Aşırlı AZƏRTAC-a bildirib ki, N.Paşinyanın “məxməri inqilab” zamanı verdiyi vədləri yerinə yetirə bilməməsi baş nazirə inamın azalmasına gətirib çıxarıb. O, 2019-cu ili iqtisadi inqilab ili etsə də, bu dönüşü təmin edə bilmədi. Hökumət 2019-cu ildə Ermənistanda iqtisadi artımın 7,5-7,9 faiz təşkil etdiyini bildirir. Buna baxmayaraq, ölkədə işsizlik, immiqrasiya problemlərinin qalması sosial-iqtisadi sahələrdə mühüm islahatların aparılmadığından xəbər verir. Ona görə də Ermənistanda növbəti gözlənilməz etirazların baş qaldıracağı istisna olunmur.

Ermənistan mətbuatının yazdığına görə, N.Paşinyanın inqilab yolu ilə hakimiyyətə gəlməsinin təşkilatçısı olan ABŞ onun reytinqinin aşağı düşməsindən narahatlıq keçirir. Hətta ABŞ-ın İrəvandakı səfirliyi Paşinyanın reytinqini öyrənmək üçün hesabatlar hazırlayır. Çünki növbəti etiraz dalğası ABŞ üçün arzuolunmaz bir şəxsin Ermənistanda hakimiyyət başına gəlməsi ilə nəticələnə bilər. Rəsmi Vaşinqton Ermənistanda vəziyyəti nəzarətdə saxlamaq üçün N.Paşinyana alternativ siyasi varis də hazırlayıb. Bu, baş nazirin müavini Tiqran Avinyandır. Xüsusilə, erməni mətbuatında T.Avinyanın baş nazirin digər müavini Mher Qriqoryandan daha fəal olmasına dair xəbərlərin yayılması N.Paşinyanın narahatçılığına səbəb olmuşdu. Hətta bir müddət aralarındakı münasibətlərin soyuq olduğuna və T.Avinyanın N.Paşinyanın yerində gözü olduğuna dair də yazılar dərc edilmişdi. Qeyd edək ki, T.Avinyan həm də “Soros Fondu”nun Ermənistandakı əsas koordinatorlarından biri sayılır. Nikol Paşinyanın konstitusiya islahatı keçirmək qərarına gəlməsi də baş nazirin zəifləmiş hakimiyyətini möhkəmləndirmək niyyəti ilə izah edilir.

Xatırladaq ki, Ermənistan mediasında hələ bir neçə ay əvvəl N.Paşinyanın 2020-ci ildə konstitusiya referendumu keçirəcəyi barədə məlumat yayılmışdı. Həmin məlumata görə, baş nazir yeni konstitusiyanın qəbulundan sonra ölkədə hakimiyyət bölgüsünü yenidən formalaşdırmağı və növbədənkənar prezident seçkiləri keçirməyi planlaşdırır. Bununla da N.Paşinyan Qarabağ klanının hakimiyyətdə qalmış yeganə nümayəndəsi olan Armen Sarkisyanı prezident postundan uzaqlaşdıraraq onun yerinə öz adamını gətirmək niyyətindədir. Eləcə də konstitusiyaya ediləcək əlavə və dəyişikliklər Nikol Paşinyana məhkəmə-hüquq sisteminə nəzarəti artırmaq imkanı yarada bilər.

Analitik qeyd edib ki, “Hraparak” qəzeti baş nazirin konstitusiyanı dəyişməklə özünə daha monolit hakimiyyət formalaşdırmağa hazırlaşdığını yazır. Referendum da əslində N.Paşinyanın parlamenti buraxmasına xidmət edir. Qeyd edilir ki, Nikol Paşinyan bu yaxınlarda partiya üzvləri ilə məsafə də saxlayır. “Paşinyanı Yeni il münasibətilə təbrik etmək və onu hökumətə məxsus istirahət evində ziyarət etmək hüququna yalnız “seçilmişlər” - Ararat Mirzoyan, Lilit Makunts, Hakob Simidyan sahibdirlər. Nikolun uzun müddətdir parlamenti buraxmaq istəyi son vaxtlar daha əsaslı olub. Fraksiya onu daim əvəz edir, Makunts və Simidyan isə bütün günü deputatlar arasında təbliğat aparır. Əvvəllər Nikol Paşinyan fraksiyasından çıxan bir deputatın mandatını verməsi barədə xəbərdarlıq etsəydi, parlament dağılardı. İndi o, artıq partiyalar haqqında qanuna və Seçki Məcəlləsinə dəyişiklikləri gözləyir. Yeri gəlmişkən, o, 88 deputatın olmasına meyilli deyil və adekvat, səyyar komanda yaratmağa çalışacaq.

Nikol Paşinyanın reytinqinin aşağı düşməsi hakimiyyət dəyişikliyini qaçılmaz edir. Ona görə də yaxın vaxtlarda Ermənistan rəhbərliyinə yeni fiqur gələ bilər. Hətta bu yaxınlarda Ermənistan mətbuatında N.Paşinyanın psixoloji xəstəliyinin olması barədə məlumat yayılmışdı. Belə suallar səslənir ki, hökumət nə üçün bu problemin qarşısını almır? Hətta bir müddət öncə onun barəsində yayılmış videoda da göstərilirdi ki, Vanadzor şəhərinə səfəri zamanı həyat yoldaşı yaxınlaşıb Nikol Paşinyanın cibinə ağ kağıza bükülmüş nə isə qoyur. Həmin bükülünün ya narkotik, ya da psixotrop maddə olduğu iddia edilirdi. Ermənistanın ən populyar qəzetləri onu hakimiyyətdən uzaqlaşdırmaq üçün Robert Köçəryanın oğlanları tərəfindən planlar hazırlandığını yazır.

E.Aşırlı bildirib: “Mətbuatda “Paşinyanın növbəti yalanı” sərlövhəli məqalələr tez-tez dərc edilir. Onun yerinə kimin gəlməsindən danışsaq, fikrimcə, Paşinyanı əvəz edə biləcək ən real namizəd hazırda prezident Armen Sarkisyandır. N.Paşinyan bu prosesin qarşısını almaq və hakimiyyəti əlində cəmləşdirmək üçün ölkədə prezident üsul-idarəsini bərpa etməyə çalışır. Yəni, özü prezident olmaq istəyir. Çünki N.Paşinyan özü də çox gözəl başa düşür ki, Ermənistan parlamentli respublika üsul-idarəsinə hazır deyildi. Ölkədə parlamentar sistem tamamilə çökmüş vəziyyətdədir. Bu baxımdan konstitusiya referendumu keçirməkdə məqsəd ölkədə parlamentli sistemdən prezidentli respublika üsul-idarəsinə qayıtmaqdır. Ancaq Paşinyanın buna nail olacağını söyləmək çətindir. Armen Sarkisyan vaxtilə Avropada yaşayıb fəaliyyət göstərdiyi üçün ermənilər onu mədəni-elitar təbəqənin nümayəndəsi kimi hakimiyyətdə saxlamaq istəyirlər. Hesab edirlər ki, Armen Sarkisyan hakimiyyətdə qalarsa, ermənilərin vəziyyəti hərtərəfli yaxşılaşar. Xüsusilə son zamanlar erməni mediasında çıxan xəbərlərə görə xalqın rəğbətini qazanan prezident A.Sarkisyanın reytinqi durmadan artır. Onu da qeyd edək ki, prezident A.Sarkisyan həm Qərbdə, həm də Rusiyada böyük nüfuza sahibdir. Erməni diasporunun hazırkı prezidentə dəstək verildiyi də bildirilir”.

Analitik bildirib ki, digər tərəfdən, N.Paşinyan da ifadə vermək üçün istintaqa çağırılması haqda məlumat və şəkillər paylaşmaqla reytinqini artırmağa çalışır. Xüsusi İstintaq Komitəsinə nə üçün çağırıldığını açıqlamasa da, Ermənistan tarixində ilk baş nazir kimi müstəntiqin kabinetinə gəldiyini yazıb. Son vaxtlar onun qızının və həyat yoldaşının siyasətə müdaxilə etməsi də xalq arasında narazılıq yaradır. Hesab edirəm ki, N.Paşinyan konstitusiya islahatı aparmaqla hakimiyyəti əlində saxlaya bilməyəcək. Bir il bundan əvvəl Paşinyanı dəstəkləyən erməni xalqı artıq ona qarşı çıxır. Yerli əhali tez-tez hökumət binasının qarşısında etiraz aksiyaları keçirərək, Paşinyandan verdiyi sözləri yerinə yetirməsini tələb edirlər. Xüsusilə də hərbçilərin ailələrini təmin edə bilməməsi, uşaqlarını xəstəxanaya aparacaq maddi imkanlarının olmaması Ermənistan ordusundakı dərin böhranın bariz nümunəsidir. Hərbçilər xalqa müraciət edərək onlardan kömək istəyirlər. Göründüyü kimi, bütün bunlar N.Paşinyanın xalqa vəd etdiyi çiçəklənən “yeni Ermənistan”dır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib