Nizami Gəncəvinin “Yeddi gözəl” poeması İspaniyada nəşr olunub
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi şairin “Yeddi gözəl” poeması İspaniyada işıq üzü görüb.
Qeyd edək ki, ilk dəfə Madriddə 2000-ci ildə işıq üzü görmüş kitab Nizami Gəncəvini İspaniyanın oxucu auditoriyasına “fars şairi” kimi təqdim edən “Ön söz”lə nəşr olunmuşdu. Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü və səyləri nəticəsində əsərin müəllifinin dahi Azərbaycan şairi olduğunu elmi dəlillər və sənədli faktlarla təsdiq edən yeni nəşrinə nail olunub.
Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Madridin zəngin ənənəli “Mandala Ediciones” nəşriyyatında çap olunmuş kitabın ispan dilinə tərcümə müəllifi tanınmış ispan mütərcimi Karmen Linares, “Ön söz”ünün müəllifi görkəmli Nizamişünas-alim Rüstəm Əliyev, redaktoru tanınmış ispan filoloqu Fransisko Kapilla Martindir.
Orijinal illüstrasiyalarla nəfis tərtibatda nəşr edilmiş kitabın yaxın günlərdə Madridin mərkəzi kitabxanalarına, universitet və kitab evlərinə yerləşdiriləcəyi, tanıtım və təqdimat mərasimlərində elmi-ədəbi ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2026 [19:00]
“Təbiətin fırça izi” sərgisi - gənc yaradıcılığın yeni təqdimatı
- 23.05.2026 [14:07]
Milli Teatrda "Payız sonatası" hazırlanır
- 23.05.2026 [13:04]
Bakıda Üçüncü Kəlağayı Festivalı təşkil olunub
- 22.05.2026 [22:26]
İlyas Demirci: WUF13-ün Azərbaycanda keçirilməsindən böyük məmnunluq duyuram
- 22.05.2026 [21:52]
WUF13 çərçivəsində mədəniyyət gecəsi VİDEO
- 22.05.2026 [19:57]
Azərbaycan ədəbiyyatında Natiq Rəsulzadənin yaradıcılığı xüsusi yer tutur
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar
- 22.05.2026 [23:04]
103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
- 22.05.2026 [22:56]