Nizami Kino Mərkəzində “Unutursam Fısılda” filminin təqdimatı olub
Bakı, 30 noyabr, Xaruqə Məmmədova, AZƏRTAC
Noyabrın 30-da Nizami Kino Mərkəzində “Unutursam Fısılda” filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, filmin təqdimatı Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Yunus Əmrə İnstitutunun birgə təşəbbüsü ilə baş tutub. Yunus Əmrə İnstitutu tərəfindən hazırlanan videoçarx ilə başlayan filmin ssenari müəllifi və rejissoru Çağan Irmaqdır.
Sağlamlıq mərkəzinin məzunu olan Hənifə və bacısı Xədicənin həyatından bəhs edən film kinosevərlər tərəfindən maraqla qarşılanıb.