Nizami rayonunda avtomobil təmiri sexində baş verən yanğın söndürülüb
Bakı, 16 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 175 kvadratmetr olan bir dam altında tikilmiş 7 boksdan ibarət avtomobil təmiri sexinin yağdəyişmə hissəsində baş vermiş yanğının genişlənməsinə, həmçinin digər bokslara yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sexin iki boksunun yanar konstruksiyaları və damına yığılmış təkərlər 50 kvadratmetr sahədə yanıb.
Avtomobil təmiri sexinin böyük hissəsi yanğından mühafizə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [11:22]
Ötən həftə 51 mina və 497 partlamamış digər hərbi sursat zərərsizləşdirilib
- 16.06.2026 [11:16]
Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olunub
- 16.06.2026 [11:02]
Dövlət Komitəsi sədrinin Lerikdə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
- 16.06.2026 [10:55]
DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
- 16.06.2026 [10:44]
Bu ilin may ayında aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
- 16.06.2026 [10:28]
Azərbaycanda Media və Yayım Şurası yaradılacaq
“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək
- 15.06.2026 [23:52]
Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan
- 15.06.2026 [23:42]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [23:25]
Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb
- 15.06.2026 [22:25]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [22:12]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:53]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [21:35]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [21:24]
İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub
- 15.06.2026 [21:18]