NOBEL MÜKAFATININ YENİ LAUREATLARININ KƏŞFİÜRƏK-DAMAR VƏ XƏRÇƏNG XƏSTƏLİKLƏRİNİN MÜALİCƏSİ İMKANLARINI GENİŞLƏNDİRİR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, bunu Stokholmun Karolina İnstitutu elan etmişdir. Nobel Komitəsinin məlumatında deyilir ki, alimlər “genetik informasiya axınının ötürülməsinin əsasını təşkil edən fundamental mexanizm” kəşf etmişlər.
47 yaşlı Endryu Fayer Standford Unifersitetinin patologiya və genetika kafedrasında işləyir. 46 yaşlı Kreyq Mello isə Massaçusets Universitetində molekulyar təbabətlə məşğuldur.
Fayer və Mello tədqiqatlarının nəticələrini 1998-ci ildə “Neyçur” jurnalında dərc etdirmişlər. Alimlərin kəşfinin əsasını müəyyən ikizəncirli RNT genlərinin məhdudlaşdırılması təşkil edir.
RNT orqanizmin virus infeksiyalarından müdafiəsində iştirak edir. Alimlərin bu kəşfi ürək-damar, xərçəng xəstəliklərinin, habelə maddələr mübadiləsi ilə bağlı xəstəliklərin müalicəsində yeni vasitələrin axtarılmasında həkimlərin imkanlarını genişləndirəcəkdir.
10 milyon İsveç kronası (təxminən 1,37 milyon dollar) məbləğində mükafat laureatlara dekabrın 10-da, Nobelin xatirə günü təqdim olunacaqdır. Mükafatı İsveç kralı XVI Karl Qustav Stokholmun Konsert evində təqdim edəcəkdir. Pul çeki ilə yanaşı, qaliblərə üstündə Nobelin əksi olan qızıl medal və diplom da veriləcəkdir.