Norveç hekayələri Azərbaycan dilində
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - “XX əsrin Norveç hekayələri” kitabı işıq üzü görüb.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Norveç nəsrinin ümumi mənzərəsini Azərbaycan oxucusuna ilk dəfə təqdim edən kitaba müxtəlif ədəbi nəslin təmsilçiləri - T.Vesos, F.Börnset, A.Myukle, N.Y.Rüd, L.A.Holma, E.Ekland, S.Holmebakk, İ.Svinsos və Y.Qorder kimi görkəmli yazıçıların əsərləri daxil edilib.
Hekayələri Azərbaycan dilinə Yaşar, Güldəstə Nəsib, Fərhad Abdullayev, Etimad Başkeçid və Mahir N.Qarayev tərcümə edib.
Kitabın redaktoru Bəhlul Abbasovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:43]
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib
- 11.06.2026 [12:50]
Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
- 11.06.2026 [12:23]
Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [11:14]