Norveçə Ukraynadan ilk yaralı əsgərlər gəlib
Stokholm, 14 iyun, AZƏRTAC
Norveçə Ukraynadan ilk yaralı əsgərlər gəlib.
AZƏRTAC xəbər verir ki, ölkəyə gələn yaralılar Norveç xəstəxanalarında müalicə alacaqlar. Humanitar aksiya 550 pasiyent üçün əvvəlcədən təsdiqlənmiş sxem çərçivəsində Avropa İttifaqının Fövqəladə hallar üzrə Mülki planına (UCPM) Norveçin töhfəsi çərçivəsində həyata keçirilir.
Bununla da, bu ölkə layihə çərçivəsində yaralı ukraynalı əsgərləri təxliyə edən səkkiz ölkədən biri olub. Norveç hakimiyyət orqanları bu sxem üzrə yardımlarını Ukraynaya dəstək olmaqda vacib vasitə hesab edirlər.
Krallıq hökumətinin fikrincə, Norveçin yaralı əsgərlərin tibbi təxliyəsi və müalicəsinə verdiyi töhfə müharibə səbəbindən böyük təzyiq altında olan Ukrayna səhiyyə xidmətinin yükünü yüngülləşdirməyə kömək edəcək.
Daha əvvəl Norveçə gələn digər ukraynalılar kimi, yaralı ukraynalı hərbçilərə də müalicədən sonra bələdiyyənin qəbul məntəqəsində yerləşmə təklif olunacaq.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.09.2026 [13:02]
BMT emissiyaları təcili azaltmağa çağırıb
- 03.09.2026 [12:43]
ABŞ-də dizelin qiyməti 4 ilin maksimumuna yüksəlib
- 03.09.2026 [11:41]
Türkiyənin vitse-prezidenti gəmi qəzası ilə bağlı Şimali Kiprə səfər edəcək
- 03.09.2026 [10:55]
Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb
- 03.09.2026 [10:54]
İstanbul bələdiyyəsinə qarşı yeni əməliyyat: 12 şübhəli saxlanılıb
- 03.09.2026 [10:51]
ABŞ-nin neft ehtiyatları proqnozlardan 10 dəfə çox azalıb
- 03.09.2026 [10:33]
Fransada 500 imza baryeri prezidentliyə namizədləri çətin vəziyyətə salır
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Boeing” təhlükəsizlik pozuntularına görə 3,1 milyon dollar cərimə ödəyib
- 02.09.2026 [23:47]
ABŞ Prezidenti Venesuelada seçkilərin keçirilməsini istədiyini bildirib
- 02.09.2026 [23:14]