Növbəti ildən nağdsız ödənişlərin stimullaşdırılması nəzərdə tutulur
Bakı, 12 noyabr, AZƏRTAC
2019-cu ildən “ƏDV geri al” layihəsi tətbiq olunur. Həmin layihənin tətbiqi nəticəsində qarşıya qoyulan hədəflər özünü doğruldur.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəis müavini Əvəz Quliyev deyib.
Onun sözlərinə görə, layihənin mahiyyəti ondan ibarətdir ki, pərakəndə ticarət, ictimai iaşə, tibbi xidmət sahələrində əhalinin aldığı mallara, iş və xidmətlərə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizi istehlakçılara geri qaytarılır: “Növbəti ildən nağdsız ödənişlərin stimullaşdırılmasının davamı olaraq həmin faiz nisbətlərində dəyişiklik edilməsi nəzərdə tutulur. Hazırda nağdsız ödənişlər üzrə ƏDV-nin istehlakçıya geri qaytarılan 15 faizlik hissəsi gələn ildən 17,5 faizə qaldırılır.
Nağd əməliyyatlar üzrə istehlakçılara qaytarılan 10 faizlik ƏDV hissəsi isə 5 faizə endirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]