NÖVBƏTİ KOREYA-AZƏRBAYCAN İŞGÜZAR GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) təşkilatçılığı ilə Koreya Respublikası və Azərbaycan şirkətləri arasında növbəti işgüzar görüş keçirilmişdir.
Danışıqlar elektronika və telekommunikasiya avadanlığı, reklam, plastik pəncərə çərçivələri istehsalı, kimya sənayesi sahələrini əhatə etmişdir.
Tədbirdə Koreyanın “LS Windows”, “SAM-A”, “Wise Controls”, “Wongbee Techno Sapse”, “Rapid”, “Campnet”, “Albas” və “SDS”, Azərbaycanın isə 30-dək şirkəti, o cümlədən “Azersun”, “Gilan Holding”, “AZEL”, “Baku Electronics”, “Caspel”, “Ultra” şirkətləri təmsil olunmuşdur.
Görüşdə plastik məmulat, boya qatqıları, plastik və alüminium profillər, şəbəkə və GSM/CDMA aparatlarının, sensor ekranlı monitorların idxalı məsələləri müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:40]
Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ
- 11.06.2026 [12:37]