Növbəti mövsüm MHL-in oyunları 4 müxtəlif şəhərdə keçirilə bilər
Bakı, 27 avqust, AZƏRTAC
Koronavirus pandemiyası növbəti mövsüm də Milli Hokkey Liqasının (MHL) normal şəraitdə keçirilməsinə mane ola bilər. Yeni mövsümün oyunları 4 şəhərdə təşkil oluna bilər.
AZƏRTAC xəbər verir ki, amerikalı jurnalist Con Şennonun verdiyi məlumata görə, liqa rəhbərliyi hər bir komandanın öz meydanında oyun keçirməsinə müsbət yanaşmır. Cari mövsüm müntəzəm çempionat koronavirus səbəbindən yarımçıq dayandırılmış və komandalar müəyyən fasilədən sonra birbaşa olaraq pley-off mərhələsindən mübarizəyə qoşulmuşdu. Hazırda Stenli Kubokunun oyunları Toronto və Edmontonda boş tribunalar önündə keçirilir.
İndiki məqamda MHL rəhbərliyi Oyunçuların Həmkarlar İttifaqı ilə birgə növbəti mövsümün təşkili ilə bağlı danışıqlar aparır. İlkin razılaşmaya görə, komandalar fasilələrlə 4 müxtəlif şəhərdə hərəyə 8 görüş keçirməlidir. Amma bu şəhərlərin hamısının Kanadanı təmsil edəcəyi ilə bağlı heç bir razılıq yoxdur. Oyunların Kanadanın 4 müxtəlif şəhərdə keçirilməsi də istisna edilmir.
Amerika mətbuatı növbəti mövsümlə bağlı daha bir məqamı müəyyənləşdirə bilib. Böyük ehtimalla, komandalar noyabrın 17-dən təlim-məşq toplanışlarına qatılacaqlar. Mövsümün isə dekabrın 1-də start götürəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]
Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
- 15.06.2026 [13:09]
"Sabah"ın yeni idman direktorunun adı məlum olub
- 15.06.2026 [13:01]
İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır
- 15.06.2026 [02:26]
Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər
- 14.06.2026 [23:21]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:02]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [21:40]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]