Noyabrda qeyri-neft məhsullarının ixracı olunduğu ölkələr sırasında Rusiya ilk yerdədir
Bakı, 30 dekabr, AZƏRTAC
Noyabrda qeyri-neft məhsullarının ixracı olunduğu ölkələr sırasında Rusiya birinci yerdədir.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayına istinadla bildirir ki, cari ilin yanvar-noyabr ayları ərzində Rusiyaya 763,8 milyon ABŞ dolları, Türkiyəyə 586,1 milyon ABŞ dolları, İsveçrəyə 204,5 milyon ABŞ dolları, Gürcüstana 143,4 milyon ABŞ dolları və Braziliyaya 70,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2021-ci ilin noyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında da Rusiya Federasiyası (98,4 milyon ABŞ dolları) birinci yerdədir. Bu siyahıda Türkiyə ikinci (77,7 milyon ABŞ dolları) və Braziliya üçüncü (23,1 milyon ABŞ dolları) olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]