NÜMUNƏLƏRDƏ “QUŞ QRİPİ” XƏSTƏLİYİNİN TÖRƏDİCİSİ AŞKAR EDİLMƏMİŞDİR
Bakı, 23 yanvar (AZƏRTAC). “Quş qripi” ilə bağlı bu ilin ilk monitorinqi zamanı seçmə üsulla ovlanmış 13 baş çöl quşunun, 3 baş ev quşunun pataloji materialı, ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarda 1982 baş toyuqdan götürülmüş qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuşdur. Nümunələrin heç birində bu təhlükəli xəstəliyin törədicisi aşkar edilməmişdir.
Monitorinqin aparıldığı Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında xəstə, xəstəlikdən tələf olmuş quşlara təsadüf olunmamışdır.
Növbəti monitorinqə fevralın 16-da başlamaq nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti bir daha xatırladır ki, ev quşları qapalı şəraitdə saxlanmalıdır. Köçəri və çöl quşlarının ovlanması, satılması və ondan qida məhsulu kimi istifadəsi qadağandır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]