“Nur Uşaq Evi” kimsəsiz uşaqlar sığınacağında yaşayan körpələrin tibbi müayinəsi keçirilib
Bakı, 7 may, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) həkim-pediatrları tərəfindən Ramanı qəsəbəsində yerləşən “Nur Uşaq Evi”ində kimsəsiz uşaqlar sığınacağında yaşayan körpələrin tibbi müayinəsi keçirilib.
TƏBIB-dən AZƏRTAC-a bildirilib ki, tibbi baxış zamanı əlavə müayinəyə ehtiyacı olan uşaqlar ETPİ-də geniş yoxlanışdan (rentgen, USM, qanın ümumi analizi və s.) keçirilib. Eyni zamanda, uşaq evinin rəhbərliyi tərəfindən bildirilən bütün zəruri ehtiyaclar qarşılanıb.