Nurlana Məmmədzadə: Bu il Bakıda gimnastikanın müxtəlif növləri üzrə 8 beynəlxalq turnir keçiriləcək
Bakı, 8 fevral, AZƏRTAC
Cari ildə Bakıda gimnastikanın müxtəlif növləri üzrə 8 beynəlxalq turnir keçiriləcək. İlin ilk beynəlxalq yarışı batut gimnastikası və tamblinq üzrə dünya kuboku turniridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə fevralın 8-də jurnalistlərə müsahibəsində deyib.
Baş katib bildirib ki, fevralın 15-16-da keçiriləcək dünya kuboku yarışlarında iştirak edəcək Qazaxıstan, Gürcüstan və Yeni Zelandiya komandaları artıq Bakıdadır. Bu komandalar Bakıda təlim-məşq toplanışında iştirak edirlər.
Milli Gimnastika Arenasının dünya kuboku yarışlarına tam hazır olduğunu deyən N.Məmməzadə bildirib ki, turnirdə 30 ölkədən 150 idmançı iştirak edəcək. Turnirin batut gimnastikası yarışlarında Olimpiya Oyunları mükafatçılarının iştirakı gözlənilir. Ötən il olduğu kimi, builki yarış da “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
Xatırladaq ki, dünya kuboku turnirində ölkəmizi batut gimnastikası yarışlarında Selcan Maqsudova, tamblinqdə isə Fərid Mustafayev təmsil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [15:45]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
- 17.10.2026 [12:21]
Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb
- 17.10.2026 [10:30]
Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [20:00]