Nursultan Nazarbayev Avrasiya miqyasında yeni təşkilat yaratmağı təklif edib
Nur-Sultan, 17 noyabr, AZƏRTAC
Qazaxıstanın birinci Prezidenti - elbası Nursultan Nazarbayev dördtərəfli böyük Avrasiya iqtisadi forumunun yaradılmasını təklif edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın sabiq Prezidenti “Astana Club-2021”in altıncı iclasında bildirib.
Yeni böhranın qarşısını almaq üçün Avrasiya ölkələrinin sistemli dialoq qurmasının vacibliyini bildirən N.Nazarbayev Avrasiya İqtisadi İttifaqı, Avropa İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı arasında birbaşa əlaqələrin inkişaf etdirilməsinin vaxtı çatdığını vurğulayıb.
“Bu təşkilatlarda, ilk növbədə, iqtisadi əməkdaşlığa diqqət yetirilir. Məhz iqtisadi əməkdaşlıq əsasında siyasi, mədəni və digər sahələrdə əlaqələr inkişaf edir. Bu, bütün planet üçün böyük qələbə olardı. Bununla əlaqədar ölkələrimizin Avrasiyada bütün əməkdaşlıq imkanlarını müzakirə və təşviq edə biləcəyi dördtərəfli böyük Avrasiya iqtisadi forumunun yaradılmasını təklif edirəm. Qazaxıstan dövlət və hökumət başçıları səviyyəsində belə bir forumun təşkilatçılarından biri kimi çıxış edə bilər”, - deyə N.Nazarbayev əlavə edib.
Qeyd edək ki, Nur-Sultan şəhərində Dünya İqtisadiyyatı və Siyasəti İnstitutu (İMİP) və Nursultan Nazarbayev Fondunun təşkilatçılığı ilə "Astana Club"un altıncı iclası keçirilir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]