Nyu-Yorkda “Trump Tower”in yanındakı küçəyə Obamanın adının verilməsi üçün imza toplanılır
Vaşinqton, 14 avqust, AZƏRTAC
ABŞ-da Nyu-York şəhərinin mərkəzindəki küçəyə sabiq Prezident Brak Obamanın adının verilməsi ilə bağlı şəhər administrasiyasına göndəriləcək petisiyanı artıq 64 min nəfər imzalayıb.
AZƏRTAC xəbər verir ki, söhbət Beşinci Avenyuda “Trump Tower”in yanındakı 56-cı və 57-ci küçələrin arasında yerləşən sahədən gedir. Nyu-Yorkun meri Bill de Blazioya ünvanlanmış müraciətdə deyilir ki, Birləşmiş Ştatların sabiq Prezidenti bu şərəfə layiqdir. Belə ki, o, ölkəni böyük iqtisadi tənəzzüldən xilas edib, iki müddət prezidentliyi dövründə adı heç bir qalmaqala qarışmayıb, onun iqtidarı zamanında 3 min nyu-yorklunun ölümünə səbəb olan 2001-ci il 11 sentyabr hadisələrini törədən Üsəma ben Laden öldürülüb. Petisiyanın təşkilatçıları 75 min səs toplamaq niyyətindədirlər.
Məlum olduğu kimi, Prezident Donald Tramp sabiq dövlət başçısının sərt tənqidçisidir. Bu səbəbdən “Trump Tower”in yanındakı küçəyə Obamanın adının verilməsi onun xoşuna gəlməyəcək.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]