MƏDƏNİYYƏT
N.Zardalişvili: Rüstəm İbrahimbəyovun ölümü təkcə Azərbaycan xalqı üçün yox, bizim üçün də böyük itkidir
Tbilisi, 13 mart, AZƏRTAC
Görkəmli kino və mədəniyyət xadimi, böyük yazıçı və ssenarist Rüstəm İbrahimbəyovun ölümü təkcə Azərbaycan xalqı üçün yox, bizim üçün də böyük itkidir. Biz gürcü xalqının böyük dostuna, Gürcüstanı hər zaman səmimi qəlbdən sevmiş insana yas tuturuq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Tbilisidəki A.S.Qriboyedov adına Akademik Rus Dram Teatrının ədəbi hissə müdiri Nino Zardalişvili özünün feysbuk səhifəsində paylaşıb.
N.Zardalişvili yazır: “R.İbrahimbəyov bir dəfə dedi: "Mən hər şeyi edəcəyəm ki, Azərbaycan və Gürcüstan daha sıx ünsiyyət qursun və dost olsun. Bunu sizə söz verirəm”. O, bunu etdi və biz də ona məhəbbət sevgimizi izhar edirik”.
N.Zardalişvili R.İbrahimbəyovla bağlı xatirələrini bölüşüb, böyük dramaturqun yaradıcılıq yoluna nəzər salıb.
Paylaşımda bildirilir ki, R.İbrahimbəyov 40-dan çox bədii və televiziya filminin ssenari müəllifi olub. Demək olar ki, onun bütün əsərləri ekranlaşdırılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.05.2024 [22:19]
Rövşən Nur - şimal ölkəsinin “günəşli” rəssamı
- 29.05.2024 [22:10]
“Göyçə aşıq məktəbi – dünən və bu gün” adlı möhtəşəm konsert təşkil edilib
- 29.05.2024 [16:02]
Akademik Milli Dram Teatrı ölkəmizi Beynəlxalq forumda təmsil edəcək
- 29.05.2024 [15:40]
Film layihələri müsabiqəsində qalib gələn filmləri tələbələr çəkəcək
- 29.05.2024 [15:30]
“Kapitan və Xəzər dənizi” sənədli-animasiya filmi maliyyələşdirilir
- 29.05.2024 [15:23]