Odessa-Bakı aviareysi açılmışdır
Bakı, 10 iyun (AZƏRTAC). Ukraynanın “Aerosvit” aviaşirkəti Odessa-Bakı-Odessa marşrutu üzrə birbaşa uçuşlara başlamışdır.
Şirkətin Bakıdakı ofisindən AZƏRTAC-a bildirmişlər ki, aviareys hər həftənin cümə günləri Odessadan yerli vaxtla saat 18:00-da, Bakıdan isə saat 23:50-də yerinə yetiriləcəkdir.
Hər iki istiqamətə bir aviabiletin qiyməti 420 manatdır.
Qeyd edək ki, Azərbaycan və Ukrayna arasında uçuş coğrafiyasının genişləndirilməsi davam edir. Hazırda “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Ukraynanın paytaxtı Kiyevə birbaşa uçuşlar yerinə yetirir. Eyni zamanda, Kiyev və Donetsk şəhərlərinə birbaşa aviareysləri Ukraynanın “Aerosvit” şirkəti də həyata keçirir.
Bundan başqa, AZAL iyunun 17-dən etibarən Bakı-Lvov, iyulun 2-dən isə Bakı-Simferopol və Bakı-Krım aviareysləri üzrə də birbaşa uçuşlara başlayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.05.2026 [20:16]
Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda VİDEO
- 28.05.2026 [14:58]
Bakıdan bölgələrə iki gün ərzində 20 minə yaxın sərnişin daşınıb
- 28.05.2026 [13:47]
Həssas enerji birjalarının hər hansı bəyanata reaksiyası gecikmir
- 28.05.2026 [12:05]
Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı olub
- 28.05.2026 [09:57]
Dünya bazarında qızıl 64 dollar ucuzlaşıb
- 28.05.2026 [09:54]
Dünya birjalarında neft bahalaşıb
- 28.05.2026 [09:34]