Odlar Yurdu Universiteti ilə Türkiyənin Giresun Universiteti arasında növbəti müqavilə imzalanmışdır
Bakı, 23 noyabr (AZƏRTAC). Giresun Universitetinin rektoru, professor Aygün Attar Odlar Yurdu Universitetində (OYU) olmuşdur.
OYU-dan AZƏRTAC-a bildirmişlər ki, bu ali təhsil ocağı və Giresun Universiteti (GRÜ) arasında 2010-2011-ci illərdə imzalanmış müqavilələrə əsaslanaraq, tərəflər hüquqi şəxs yaratmadan, hazırkı müqavilədə nəzərdə tutulmuş məsələləri və fəaliyyət məqsədlərini birgə həyata keçirməyi qərara almışlar.
İmzalanma mərasimində OYU-nun rektoru, Milli Məclsin deputatı, professor Əhməd Vəliyev və Giresun Universitetinin rektoru, professor Aygün Attar qeyd etmişlər ki, GRÜ-nun tibb fakültəsinin bazası və standartları əsasında Azərbaycanda ilk dəfə olaraq, OYU-da yeniləşmiş tibb fakültəsinin yaradılması bu əməkdaşlığın nəticəsi olacaqdır.
Sonra Ə.Vəliyev və A.Attar əməkdaşlığa dair yeni müqaviləni imzalamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]