Odlar Yurdu Universitetində dövlət qulluğu haqqında təqdimat keçirilmişdir
Bakı 23 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndələri Odlar Yurdu Universitetində (OYU) təqdimat keçirmişlər.
OYU-dan AZƏRTAC-a bildirmişlər ki, təqdimatdan öncə Komissiyanın Dövlət Qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseynova və həmin şöbənin məsləhətçisi Anar Mirzəyev bu ali təhsil ocağında aparılan yenidənqurma işləri ilə tanış olmuş, tədris prosesini izləmişlər.
Tələbələrlə keçirilən görüşdə universitetin prorektoru, dosent Heydər Qəmbərov qonaqlara universitetin fəaliyyəti barədə məlumat vermişdir.
OYU-da təhsil prosesinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən A.Hüseynova tələbələrə dövlət qulluğu barədə danışmışdır. Qeyd etmişdir ki, xaricdə təhsil almış tələbələr “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində məzun olduqdan sonra imtahansız dövlət qulluğuna işə qəbul olunacaqlar. O, tələbələrə gələcəkdə dövlət qulluğuna keçiriləcək imtahanlarda müvəffəqiyyətlər arzulamışdır.
Sonra dövlət qulluğuna imtahanların və vakansiyaların təqdimatı keçirilmiş, tələbələrin sualları cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]