Oğuzda güclü külək nəticəsində meşə ərazisinə keçən yanğın söndürülüb
Bakı, 5 avqust, AZƏRTAC
Avqustun 5-i günorta saatlarında Oğuz rayonunun Söyüdlü, Qarabulaq və Kirovka kəndləri yaxınlığında biçilmiş taxıl sahələrində baş vermiş yanğın sonradan güclü külək nəticəsində meşə ərazisinə keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti yanğını təxminən saat 17:00-da söndürüblər.
Bu barədə AZƏRTAC-a ETSN-in mətbuat katibi İradə İbrahimova məlumat verib.
Mətbuat katibinin sözlərinə görə, yanğın zamanı meşə fonduna aid 8 hektar ərazidə quru ot örtüyü və qaratikan, yemişan kolları yanıb. Eyni zamanda, bu gün Oğuzun Astraxanovka kəndi yaxınlığında da yanğın hadisəsi qeydə alınıb. Burada da yanğına səbəb biçənək sahəsinə od vurulması olub. ETSN-in yerli qurumlarının əməkdaşlarının və FHN-in yanğınsöndürənlərinin ciddi cəhdlərinə baxmayaraq, güclü küləyin təsirindən yanğın sürətlə yayılaraq Türyançay Dövlət Təbiət Qoruğunun ərazisinə keçib və 3 hektara yaxın quru ot örtüyü yanıb.
Təəssüf ki, hələ də taxıl biçinindən sonra ərazilərə od vurulur və nəticədə bu cür yanğın hadisələri baş verir.
Havaların isti və küləkli keçməsi ilə əlaqədar ETSN bir daha əhalini, fermerləri odla ehtiyatlı olmağa, taxıl biçinindən sonra ərazilərə od vurmamağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:53]