Oğuzda “Hyundai” ağaca çırpılıb, 3 nəfər yaralanıb
Oğuz, 5 dekabr, AZƏRTAC
Oğuzda yol qəzası baş verib, üç nəfər müxtəlif dərəcəli xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, yol-nəqliyyat hadisəsi Oğuz-Kərimli yolu istiqamətində, Kərimli kəndi ərazisində baş verib.
Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan verilən məlumata əsasən, Oğuz rayon sakini, 61 yaşlı Şahin Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobilin idarəetməsini itirib, nəticədə nəqliyyat vasitəsi yolun əks istiqamətinə çıxaraq ağaca çırpılıb.
Bu zaman sürücü ilə yanaşı, onun həyat yoldaşı Esmira Məmmədova və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Xəsarət alanlar Təcili Tibbi Yardım Briqadasının köməyi ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [10:34]
Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO
- 05.10.2026 [23:06]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [22:54]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:41]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:26]