OĞUZUN TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ YENİ DƏRS İLİNƏ HAZIRLIQ DAVAM ETDİRİLİR
Oğuz rayonunun təhsil müəssisələrində yeni dərs ilinə hazırlıq davam etdirilir.
Cari ilin birinci yarısında rayonun Bucaq kəndində 260 yerlik yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Hazırda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, Oğuz şəhərində 360 yerlik yeni məktəb binasının tikintisi davam etdirilir. Bundan əlavə, Xaçmaz kəndində inşa edilən 360 yerlik daha bir təhsil ocağının bu il istifadəyə verilməsi nəzərdə tutulur. Yaxın günlərdə Böyük Söyüdlü kəndində də yeni təhsil ocağının inşasına başlanılacaqdır.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, yaxın illərdə rayonda daha 9 yeni məktəb binasının tikintisi, habelə 15 məktəbdə əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmuşdur.
Yeni dərs ilinə hazırlıqla əlaqədar bu günlərdə yerli büdcə vəsaiti hesabına 25 min manatlıq inventar və avadanlıq alınaraq rayonun təhsil müəssisələrinə paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]