Oktyabrda 5 marşrut xəttində gediş haqqının “BakıKart”la ödənişi təmin edilib
Bakı, 11 noyabr, AZƏRTAC
Oktyabrda paytaxtda müntəzəm marşrut xətləri üzrə avtobusların “BakıKarta” inteqrasiyası davam etdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, ötən ay ərzində daha 5 marşrut xətti üzrə avtobuslarda gediş haqqının “BakıKart”la ödənişi təmin edilib. Nəticədə marşrut şəbəkəsində dövriyyənin 49 faizi şəffaflaşdırılıb. Vətəndaş müraciətləri nəzərə alınaraq 5 marşrut xətti üzrə avtobusların hərəkət sxemi təkmilləşdirilib, 3 yeni marşrut xətti təşkil edilib. 1 marşrut xəttinin fəaliyyəti isə bərpa edilib. Bunun sayəsində Qaradağ rayonunun müxtəlif qəsəbələri üzrə sakinlərin ictimai nəqliyyata olan əlçatanlığı artırılıb. Keçən ay ərzində müntəzəm marşrut xətləri üzrə ümumi səyahət sayı 49,9 milyon olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]