Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oleq Kuznetsov: Ermənistanda Azərbaycan ilə sülh uğrunda hərəkat güc toplayır

Oleq Kuznetsov: Ermənistanda Azərbaycan ilə sülh uğrunda hərəkat güc toplayır

Bakı, 11 iyun, AZƏRTAC

Tanınmış rusiyalı politoloq Oleq Kuznetsov publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadiyə Qafarovaya müsahibəsində Ermənistanda baş verən son hadisələr, beynəlxalq strukturların Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə səyləri, bu prosesdə Rusiyanın rolu barədə söhbət açıb.

AZƏRTAC müsahibəni oxuculara təqdim edir.

-Bəzi rusiyalı ekspertlər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə Avropa İttifaqının və onun simasında Qərbin səylərini Rusiyanı bu prosesdən sıxışdırıb çıxarmaq cəhdi kimi nəzərdən keçirirlər. Bu barədə Sizin fikrinizi bilmək istərdik...

-Həqiqətən belə fikir mövcuddur və Rusiya KİV-ində vaxtaşırı dərc edilir. Lakin qeyd etmək lazımdır ki, bu fikri söyləyənlər Ukrayna ətrafındakı hadisələr fonunda Ermənistan-Azərbaycan və yaxud Qırğızıstan-Tacikistan münaqişəsi kimi çoxsaylı kiçik lokal münaqişələrdən Rusiya sərhədləri boyunca bir növ “qeyri-sabitlik kəməri”nin yaradılması barədə kollektiv Qərbin geosiyasi modelini həyata keçirmək istəyən insanlardır. Mənim fikrimcə, Qarabağ ətrafında və bütövlükdə Cənubi Qafqazda vəziyyət sabitdir və partlayış təhlükəli deyil, erməni separatçılarının xırda həmlələri bu vəziyyətə heç cür təsir göstərmir və bu şəraitdə liberal meyilli politoloqlar Qarabağ məsələsinin nizamlanması işində Avropa İttifaqı tərəfindən Rusiyanın maraqlarına hansısa diplomatik təhdid barədə tezis vasitəsilə Kremlə informasiya-psixoloji təzyiq göstərməyə cəhd edirlər. Reallıqda isə Azərbaycan da, Ermənistan da de-yure və de-fakto Rusiyanın müttəfiqləridir və hamıya məlum olan bir çox beynəlxalq sənədlərdə onun bu prosesdə, xüsusən də Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası işində aparıcı vasitəçilik rolunu qəbul və təsbit edirlər. Bu barədə hər hansı kənar uydurma və mühakimələr subyektiv arzu və istəklərdən asılı olmayaraq bu obyektiv reallığı dəyişə bilməz.

-Ermənistanda Robert Koçaryanın başçılığı ilə müxalifətin mitinqləri səngimir. Sosial mediada erməni oliqarx dairələrinin maliyyə iştirakı ilə fəal şəkildə belə bir fikir dolanır ki, guya Paşinyanın “sözəbaxanlığı”ndan narazı qalan Kreml Ermənistan hakimiyyətinin başında öz “adamı”nı görməyi arzulayır və bu, onların fikrincə Koçaryandır. Lakin son hadisələr fonunda Rusiyaya öz sərhədlərində qeyri-sabitlik yəqin ki, lazım deyil və Ermənistanı asta da olsa, lakin düzgün şəkildə başa salırlar ki, Azərbaycan ilə sülhün alternativi yoxdur. Erməni müxalifətinin əldə olunan bütün razılaşmalar istisna olmaqla, öz xalqına təklif etməyə heç nəyi yoxdur. Bunu nəzərə alaraq, erməni müxalifətinin etiraz aksiyasını növbəti dəfə “Qarabağ kartı”ndan istifadə etməklə hakimiyyətə qayıtmaq kimi boş cəhd hesab etmək olarmı?

-Bəli, erməni ictimaiyyəti, xüsusən də onun bu gün erməni etirazlarının aparıcı qüvvəsini təşkil edən hissəsi tədricən o fikrə alışdırılır ki, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin və ona müvafiq digər dövlətlərarası müqavilələr paketinin bağlanması sabahkı gün üçün qaçılmazdır. Bu gün Paşinyanın əleyhinə olan müxalifətin küçələrə hansı sayda insanla çıxması onu göstərir ki, erməni ictimaiyyəti tədricən bu fikrə öyrəşir. Etiraz yürüşlərinə ən çoxu 10 min nəfər toplaşdığı halda, Ermənistan əhalisinin yarıdan çoxu, xüsusən də heç bir imkana malik olmayanlar Paşinyanı dinməzcə dəstəkləyir. Özü də 2020-ci il müharibəsində məğlubiyyətdən sonra.

Siz tamamilə haqlı olaraq deyirsiniz ki, etiraz aksiyalarının əsas sponsoru aktivləri Rusiyada olan Koçaryandır. Lakin başa düşmək lazımdır ki, Rusiyaya sanksiya təzyiqi nəticəsində Koçaryanın aktivləri azalır və o, artıq öz tərəfdarlarının əvvəlki maliyyə səviyyəsini dəstəkləmək iqtidarında deyil. Üstəlik, Paşinyan hakimiyyətdə olduğu illərdə Koçaryanın Ermənistan prezidenti olduğu vaxt yerli və rusiyalı erməni oliqarxlar arasında yaratdığı kriminal-bank əlaqələrini qıraraq, Ermənistanın siyasi landşaftının Rusiyadakı erməni diasporundan maliyyə asılılığını əhəmiyyətli şəkildə azaldıb. Koçaryan və onunla həmfikir olanlar yoxsullaşır, onun ehtiyatları tükənir, deməli, onunla bağlı Ermənistandaxili müxalifətin etirazçı hissəsinin də ehtiyatları tükənir. Əgər bu hissə indi fəallıq göstərməsə, iki ildən sonra bunu etmək imkanından ümumiyyətlə məhrum olacaq.

-Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasının hazırkı mərhələsində ən mühüm aspekt hazırda Qarabağda yaşayan ermənilər üçün təhlükəsizliyin təminatıdır. Hər halda, erməni informasiya resurslarında dərc olunan materiallardan görünür ki, erməni tərəfi məsələni belə qoyur. Erməni xuntası Nikol Paşinyanı “ermənilərin maraqlarına dönük çıxmış adam” kimi təqdim edir. Siz necə hesab edirsiniz, Qarabağda sülhün alternativi varmı? Ölkənin sülh erasını müdafiə edən hakimiyyət orqanları ilə sülh təşəbbüslərini öz arşınları ilə ölçən diasporla əlbir olan oliqarxların müəyyən təbəqəsi arasında aşkar qarşıdurma fonunda bu vəziyyətin sonu Sizə necə görünür?

-Prinsip etibarilə, mən Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının alternativini görmürəm, çünki bütün başqa variantlar özünün geosiyasi ətrafı ilə nə siyasi, nə də digər müstəvidə rəqabət apara bilməyən erməni dövlətçiliyinin gec-tez süqutuna aparır. Artıq regionun ən yoxsul ölkəsi Gürcüstan deyil, Ermənistandır və Ermənistan bu vəziyyəti yalnız özünün bütün qonşuları ilə, ilk növbədə, Azərbaycan və Türkiyə ilə sülh və dostluq vasitəsilə dəyişə bilər. Özü də indiki şəraitdə işlərin belə vəziyyəti yalnız pisləşə bilər: indi Rusiya vətəndaşlarının Ermənistana axını müşahidə olunur, onlar Ukrayna ətrafında hadisələrlə əlaqədar yaranan geosiyasi fırtınanın səngiməsini gözləməyə cəhd edirlər. Bu isə, xüsusən biznes sahəsində erməni identikliyini dağıdır. Ölkənin daxili vəziyyətinin alternativini onlarda görən erməni cəmiyyətinin müəyyən hissəsi bu istiqaməti götürür. Bu isə, öz növbəsində, “ipə-sapa yatmayanlar”ın mövqeyinin daha da zəifləməsinə gətirib çıxaracaq. Ermənistanda Azərbaycan ilə sülh uğrunda hərəkat güc toplayır və bu meyli dəyişmək artıq mümkün deyil.

-Sonuncu sual. Ermənistan mətbuatında bu və ya digər fəalların, o cümlədən rusiyalı ekspertlərin dilindən tez-tez sıravi erməni vətəndaşlara Rusiya təbəəliyi barədə çağırışlar səslənir. Motiv bəllidir, lakin əsl səbəb necə? Bu barədə Sizin şərhinizi eşitmək istərdik.

-Rusiya - onun vətəndaşlarının yaşadığı respublikadır. Ona görə də heç kimi Rusiya təbəəliyinə çağırmır və buna məcbur etmirlər. Ermənilərin Ermənistanı tərk etməsi obyektiv prosesdir ki, bunu çoxdan müşahidə edirik və bu, Rusiya tərəfindən olan çağırışlardan heç cür asılı deyil.

-Müsahibəyə görə təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevə intensiv hava hücumları edilir

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub