ÖLKƏMİZDƏ İLK KİNO ENSİKLOPEDİYASI NƏŞR EDİLƏCƏK
Gələn il Azərbaycanda ilk kino ensiklopediyasının nəşri nəzərdə tutulub. Mədəniyyət Nazirliyinin Kino İşləri Baş İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, professor Rəhman Bədəlovun və tanınmış kinoşünas Aydın Kazımzadənin rəhbərliyi ilə hazırlanan ensiklopediya dünya və Azərbaycan kinosunu əhatə edəcəkdir. Burada Azərbaycan, eləcə də dünya kinosunun inkişafında xidmətləri olan tanınmış rejissorların, aktyorların və digər kino xadimlərinin həyat və yaradıcılığını əks etdirən materiallar öz əksini tapacaqdır.
Azərbaycan dilində işıq üzü görəcək ensiklopediyanın ingilis dilinə tərcüməsi də nəzərdə tutulub.
Bu, MDB məkanında ikinci belə ensiklopediya olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:43]
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib
- 11.06.2026 [12:50]
Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
- 11.06.2026 [12:23]
Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [11:14]