ÖLKƏNİN QƏRB BÖLGƏSİ ÜÇÜN YENİ TRANSFORMATOR
“Azərenerji”nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, onun işə salınması istehlakçıları elektrik enerjisi ilə daha etibarlı və keyfiyyətlə təmin etməyə imkan verəcəkdir. Digər mühüm məsələ ondan ibarətdir ki, “Ağstafa” yardımçı stansiyasının genişləndirilməsi ilə əlaqədar “Gəncə” yardımçı stansiyasının yükü azaldılır. Əvvəllər Azərbaycanın qərb rayonlarını elektrik enerjisi ilə bu yardımçı stansiya təchiz edirdi.
Ötənilki yoxlamaların nəticələrinə görə, belə bir məlumat alınmışdı ki, “Ağstafa” və “Gəncə” yardımçı stansiyalarında yanmış iki analoji transformator vardır. Həmin iki transformatordan bir yeni transformator quraşdırılmış və istifadəyə verilmişdir.
Beləliklə, “Ağstafa” yardımçı stansiyasında 330 kilovoltluq iki güclü transformator işlədilir ki, bu da respublikanın qərb bölgəsinin enerji təchizatının etibarlılığını artırmağa imkan yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]